Azərbaycanlı məşqçi \"Sevilya\"ya gedir

Azərbaycanlı məşqçi \
 

"Planımda mövsümün sonuna qədər iki klubda praktikadan keçmək var. Biri ilə danışıqlar artıq yekunlaşıb".

Sfera.az xəbər verir ki, bunu  açıqlamasında futbol məşqçisi Samir Abasov deyib.

Bir müddət əvvəl "Zirə" ilə yollarını ayıran və hazırda işsiz olan 41 yaşlı mütəxəssis mövsümün sonuna qədər boş oturmaq fikrində deyil. O, bu müddət ərzində praktika üçün iki klubun düşərgəsinə yollanacaq ki, onlardan biri artıq məlumdur. Abasov yanvarda "Sevilya"nın bazasına gedəcək: "Çox şey öyrənəcəyimi düşündüyüm iki klub var ki, ora getməyi planlaşdırıram. İnşallah, yanvarda "Sevilya"nın düşərgəsinə yollanacam. Razılığı almışıq, sadəcə, onlar hansı günlərin münasib olduğu ilə bağlı məktub göndərəcəklər".

 

Abasov İspaniya klubunu seçməsinin səbəblərini də açıqlayıb: "Sevilya"ya hər il yeni oyunçular gəlir, heyətini yeniləyir. Baş məşqçiləri Xulen Lopeteqi İspaniya yığmasında da, "Real"da da işləyib. Yüksəlişi də, enişi də görən məşqçidir. Həm sərgilənən oyun, həm də struktur baxımından mənim üçün gediləsi yerdir".

Milli komandamızın sabiq futbolçusunun canlı görmək istədiyi digər baza "Ayaks"dır. Ancaq o, bu baxımdan müəyyən problem yaşadığını etiraf edib: "Sevilyadan döndükdən sonra tempdən düşməmək üçün ən azı daha bir klubun düşərgəsinə getmək istəyirəm. Futboldakı yeniliklər baxımından axsamağa başlamışam. İstəyirəm çatışmayan cəhətləri düzəldim. Arzuladığım növbəti klub "Ayaks"dır. İngiltərə Premyer Liqasında da getmək istədiyim klub var, ancaq buna imkanım çatmır. "Ayaks"a yollanmaq da mənim təkbaşına yerinə yetirə biləcəyim iş deyil. Açığı, ora çıxışım yoxdur. Buna gücü çatan kimsə olsa, ondan xahiş edəcəm. Mənə maddi kömək lazım deyil. Sadəcə, bu işlə məşğul olan insanlardan Hollandiya klubu ilə əlaqə saxlamağıma kömək etmələrini xahiş edəcəm". (apasport)


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...