Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları

Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları
Türkiyədə baş verən meşə yanğınları ilə bağlı azərbaycanlı məşhurlar da dəstək məqsədli paylaşımlar ediblər.
 
Sfera.az bildirir ki, müğənni Xatirə İslam dünyanı dağıdanın, yandıranın insan olduğunu deyib. 

"Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər? Təbiəti  məhv edən, heyvanları öldürən ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda butulka zibilliyi yaradan insandır” , - deyə ifaçı qeyd edib.

İfaçı Abbas Bağırov qardaş ölkəyə başsağlığı verib: "Bu vəhşiliyi edənlərin Allah bəlasını versin!”.

Aparıcı Zaur Baxşəliyev yanğınlarda zərər görən insanlara səbr diləyib: "Bu dünyada insanların canını yandıranlar, o dünyada cəhənnəm odundan qurtula bilməyəcək”.

Prodüser Tarix Əliyev də Türkiyəyə dəstək olanlar sırasında yer alıb. O, qardaş ölkənin yanında olduğunu vurğulayıb: "Bunu kim edibsə, Allahdan cəzasını alacaq”.

Digər aparıcı Vüsalə Əlizadə isə təbiətin bütün şərəfsizliklərin qurbanı olduğunu qeyd edib: 

"Bağışlaya biləcəksənmi bu acgöz, mundar məxluqları? Başınız sağ olsun,  qardaş ölkəm. Bizim də canımız yandı”.

Xalq artisti Faiq Ağayev bütün dünyanı yardım etməyə çağırıb:

"Türkiyəni yanğınlar bürüyüb. Adana, Muğla, Mersin, Bodrum, Osmaniye, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya... Manavqatdakı dostlarım imdad edir. Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik. Onları tək qoymayaq!”.

Meşə yanğınları ilə bağlı paylaşım edənlər arasında  Röya, Aygün Kazımova, Flora Kərimova, Xuraman Şuşalı və başqaları da olub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...