Azərbaycanlı İŞİD üzvü təslim oldu: "Bu, mənim alın yazımdır" - Foto/Video

Azərbaycanlı İŞİD üzvü təslim oldu:
Suriyanın Deyr əz-Zor vilayətinin Bağuz qəsəbəsində mühasirədə olan İŞİD terrorçularının əksəriyyəti qadınlarla birgə kürd "Suriya Demokratik Qüvvələri"nə təslim olub.  
 
Təslim olan İŞİD üzvləri içərisində Afrikadan, Avropadan və Asiyadan çox sayda şəxs var.   Təslimolma prosesini çəkən suriyalı jurnalist Bədir Əhməd "Eastnews"-a verdiyi açıqlamasında təslim olanlar arasında əksəriyyəti qadınlardan ibarət olmaqla, azərbaycanlı şəxslərin də olduğunu bildirib.    Bədir Əhməd adını açıqlamaqdan çəkinən azərbaycanlı İŞİD üzvünün fotolarını çəkib. Terrorçu rus dilində ərazidəki jurnalistlərə müsahibə verib. Jurnalistin onun Suriyada neçə ildir olduğuna dair sualına, terrorçu "3-4 il olar", - deyə cavab verir.
 
Jurnalist ona burada nə üçün olduğuna dair sual verdikdə isə, o, "Nə üçün? Niyə? Nəyə görə? deyil, Allahu Əkbər, bu, mənim alın yazımdır", - deyə cavab verir.   Qeyd edək ki, dünən axşam saatlarından İŞİD-in Suriyadakı son dayaq nöqtəsi sayılan Bağuz qəsəbəsində təslim olmaqdan imtina edən terrorçularla SDQ qüvvələri arasında şiddətli döyüşlər başlayıb.eastnews.org

 



OXŞAR XƏBƏRLƏR