Azərbaycanlı idmançı Ramzan Kadırovla döyüşüb - VİDEO

Azərbaycanlı idmançı Ramzan Kadırovla döyüşüb -  VİDEO
Azərbaycan döyüşçüsü, K-1 ustası Zabit Səmədov Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla sparrinq-döyüş keçirib. Z.Səmədov "Report"a bildirib ki, bu yoxlama döyüşü onun Çeçenistanın paytaxtı Qroznıya səfəri zaman baş tutub. Onun sözlərinə görə, döyüş Çeçenistan rəhbərinin iqamətgahında baş tutub.

Döyüşdən sonra Ramzan Kadırov öz təəssüratlarını bölüşüb: "Bazar axşamı mən məşhur dünya kikboksçusu, əziz qardaşım Zabit Səmədovla rinqdə görüşdüm. Biz qardaşcasına sparrinq keçirdik. Boks 4 raund davam etdi. Zabit əla reaksiyaya malikdir, gözəl müdafiə olunur, hücum döyüşünü sevir. Biz bir-birimizə bir sıra zərbələr vurduq. Zabit Səmədovla bir rinqdə olmaq mənim üçün böyük şərəfdir. O, idman aləmində layiqli yer tutub, böyük əmək, güclü iradə və məqsədyönlü olması sayəsində nəticələr əldə edib və tanınıb. Belə bir usta ilə güləşmək istənilən boksçu üçün yaxşı ustad dərsidir".

Xatırladaq ki, Zabit Səmədov Qroznı şəhərində avqustun 22-də keçiriləcək turnirin əsas döyüşlərindən birinə çıxacaq. Azərbaycanlı idmançının rəqibi təcrübəli bosniyalı döyüşçü Dzevad Poturak olacaq. Turnir Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında keçiriləcək. 

"Mauqli" ləqəbli Zabit Səmədov dünyada peşəkar rinqdə 9 ardıcıl qələbə ilə yadda qalıb. Onun ən böyük uğurları sırasında bir neçə K-1 yarışlarının iştirakçısı, qara kəmər sahibi Makoto Uexara, Türkiyənin yerli idmançısı Mert Akın, Dubayda keçirilən "Global Fighting Championship 3" turnirində Stiv Makkinnon və Konqo-Almaniya əsilli Danyo İlunqa üzərində qələbələri olub.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...