Azərbaycanlı icra başçısı işə avtobusla gedir - FOTOLAR

Azərbaycanlı icra başçısı işə avtobusla gedir - FOTOLAR
 Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazov sadə həyat tərzi ilə diqqət çəkir.

Sfera.az-ın  məlumatına görə, Temur Abazov işə və evinə daha çox ictimai nəqliyyat vasitəsi ilə gedir. İcra başçısının xalqın içində olması Gürcüstanda təqdirə layiq addım olaraq qəbul edilir.

Qeyd edək ki, Teymur Abbasov 1981-ci il dekabrın 2-də anadan olub.

2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib;

2003-cü ildə Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirib;

2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışıb;

2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışıb;

2005-ci ildə MMC "JTI”-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olub;

2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olub;

2006–2007 ci illərdə „ANADOLU” Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olub;

2007–2011 ci illərdə MMC "Elita Bürc”də Marketinq Xidmətinin Meneceri kimi çalışıb;

2011–2015 ci illərdə MMC "Elita Bürc”də Marketinq Xidmətinin Rəhbəri kimi çalışıb;

2012-ci ildə MMC”Qlobal Kontrakt Konsaltinq”-in Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olub;

2013-cü ildə "Gürcü Arzusu” koalisiyasının Marneuli Seçki Qərargahının sədri olub;

2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olub;

2015–2017 ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayyətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri/Azərbaycan Respublikasında Polis Attaşesi;

Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir;

Ailəlidir, üç övladı var. (baku.ws)

OXŞAR XƏBƏRLƏR

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...