Azərbaycanlı həkim koronavirusdan qorunmağın əsas yolunu göstərdi: "Bunları etsəniz..."

Azərbaycanlı həkim koronavirusdan qorunmağın əsas yolunu göstərdi:
Son günlər koronavirus epidemiyası artmaqda və insanlarımızı psixoloji cəhətdən sındırmaqda davam edir. Bir çox insanlarımız hətta depressiv hallar belə keçirir.

Sfera.az xəbər verir ki, həkim Füzuli Hüseynov bildirib ki, bu günlərdə özümüzü həm psixoloji cəhətdən müalicə etməli, həm də immunitetimizi artırmaqla mübarizəyə hazır olmalıyıq.

O koronavirusla mübarizənin əsas yolunu da göstərib:

"Hazırda insanlarımızı ən çox düşündürən budur ki, necə edək virus bizdən yan keçsin. Məncə, biz xəstəliyə tutulsaq belə, immun sistemimizi elə vəziyyətdə saxlamalıyıq ki, xəstəliyi yüngül keçirək. Çünki bu virusun insandan-insana keçməsi çox asandır.

Bir həkim kimi deyim ki, güclü immunitetə sahib olmaq üçün aşağıdakı məcundan gündə 3 dəfə qəbul etməklə biz həm immun sistemimizi gücləndirəcək, həm də depressiyadan çıxaraq mübarizəyə hazır olacağıq.

Bu məcunun tərkibi immuniteti gücləndirən vasitələrin ən yaxşısıdır. Bu, təkcə koronaviruslara qarşı yox, bütün növ virus, bakteriya və mikrob əleyhinə faydalıdır.

Beləliklə, lazım olanlar:

Təzə zəncəfil 100 qram

Ud hindi tozu  100 qram

Qarazirə tozu  100 qram

Çiçək tozu       100 qram

Bal                   1 kq

Deməli, təzə zəncəfili yuyub təmizləyib sürtkəçdən keçirib, qalan bitkiləri də üyüdüb toz formasına salaraq hamısını bir-birinə qarışdırın və gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir çay qaşığı qəbul edin”.

KONKRET.az

OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...