Azərbaycanlı gənc skripkaçı beynəlxalq musiqi müsabiqəsində - VİDEO

Azərbaycanlı gənc skripkaçı beynəlxalq musiqi müsabiqəsində - VİDEO
Azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli beynəlxalq "WorldVision Music” müsabiqəsində ölkəmizi təmsil edir.
 
Sfera.az bildirir ki, sözügedən yarışmanın əsas məqsədi istedadlı sənətkarların yaradıcılığını dəstəkləməklə yanaşı, klassik musiqini təbliğ etmək və populyarlaşdırmaqdır. 

Yarışmanın münsiflər heyəti çox sayda beynəlxalq miqyasda tanınmış musiqiçilərdən ibarətdir. Eyni zamanda dünya tamaşaçılarının da müsabiqədə qərar qəbul etmə şansları var və onlar da səsvermədə iştirak edə bilərlər. O cümlədən azərbaycanlılar da hazırda müsabiqədə ölkəmizi təmsil edən skripkaçı Canel Nəcəfliyə səs vermək hüququna malikdirlər.

Canel Nəcəfli Bakı Musiqi Akademiyasının tələbəsidir. O, 24 mart 2002-ci ildə Bakıda anadan olub. İlk solo çıxışı 2014-cü ilin dekabr ayında Beynəlxalq Muğam Mərkəzində Barokko festivalında dinlənilib. Skripkaçı bir sıra festivallarda mükafatlara layiq görülüb.

 
Qeyd edək ki,  istedalı gənc skripkaçı Nəcəfli Canel İlham qızı 2020-ci il ərzində əldə etdiyi nailiyyətlərə görə Çexiyada "İlin Adamı” seçilmiş və musiqiçilərə təqdim edilən "Orfeus” mükafatına layiq görülüb. Çexiyada Orfeus mükafatı ("İlin adamı”) incəsənət sahəsində layiqli rol oynayan yerli tələbələrə verilir. İllərdir bu ənənə yerli əhali arasında mötəbər təltif sayılır və bugünədək bu ad yalnız Çexlərə verilmişdir. Hətta ona Çexiyanın "Oskar”ı da deyirlər.
 
Onu da qeyd etmək istərdik ki, gənc skripkaçı Canel Nəcəfli 2019-cu tədris ilində Azərbaycanda musiqi sahəsində Ali məktəbə müsabiqədənkənar daxil olmuş yeganə tələbə idi, hazırda BMA-da qiyabi və Çexiya Konservatoriyasında əyani təhsil alır.

7 dəfə Beynəlxalq və Respublika müsabiqələrinin I yer laureatı olaraq Canel aşağıdakı təltiflərə layıq görülüb:

"Karavan Kulturi” adlı Beynəlxalq Müsabiqə-Festival, Polşa, 2015- ci il I yer, "Josef Micka” adına festival-müsabiqə, Çexiya, Praqa, 2016-cı il, Prokofyevin "Zoluşka” əsərinə görə Fəxri Diplom, "Rodniki duşi” adlı Respublika müsabiqəsi, Bakı şəhəri, 2016-cı il, I yer, V.Spivakov Fondunun təşkil etdiyi "Moskva dostları qarşılayır” Beynəlxalq Festival, May, 2016-cı il, "Futures Stars” adlı Beynəlxalq müsabiqə, Bakı şəhəri, 2016-cı il, I yer, "Testene Art Baku” Beynəlxalq müsabiqə, Bakı şəhəri, 2017-cı il, I yer, "Grumiaux” (keçmiş "Bravo”) Beynəlxalq müsabiqə, Brüssel, (Belçika), 28 Mart-1 Aprel, 2018-ci il, III yer, Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III, Respublika müsabiqəsi, Bakı şəhəri, Aprel, 2018-ci il, I yer, Azad Əliyev adına violinçilərin I Beynəlxalq Müsabiqəsi, Bakı şəhəri, Fevral, 2019-cu il, I yer, III Beynəlxalq "World Harmony” Müsabiqəsi, Bakı şəhəri, 17-24 Fevral, 2020-ci il, I yer, Boulder Bach Festival, iyul-avqust, 2020, ABŞ, Kolodaro Ştatı, Audience Favorite, Qarabağ Beynəlxalq Mədəniyyət və İncəsənət Müsabiqəsi, 2020, Azərbaycan, Duet, III yer.

Canelə uğurlar diləyirik və bundan sonra da Azərbaycanı layiqincə təmsil etməsinə inanırıq!

 

 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...