Azərbaycanlı gənc skripkaçı beynəlxalq musiqi müsabiqəsində - VİDEO

Azərbaycanlı gənc skripkaçı beynəlxalq musiqi müsabiqəsində - VİDEO
Azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli beynəlxalq "WorldVision Music” müsabiqəsində ölkəmizi təmsil edir.
 
Sfera.az bildirir ki, sözügedən yarışmanın əsas məqsədi istedadlı sənətkarların yaradıcılığını dəstəkləməklə yanaşı, klassik musiqini təbliğ etmək və populyarlaşdırmaqdır. 

Yarışmanın münsiflər heyəti çox sayda beynəlxalq miqyasda tanınmış musiqiçilərdən ibarətdir. Eyni zamanda dünya tamaşaçılarının da müsabiqədə qərar qəbul etmə şansları var və onlar da səsvermədə iştirak edə bilərlər. O cümlədən azərbaycanlılar da hazırda müsabiqədə ölkəmizi təmsil edən skripkaçı Canel Nəcəfliyə səs vermək hüququna malikdirlər.

Canel Nəcəfli Bakı Musiqi Akademiyasının tələbəsidir. O, 24 mart 2002-ci ildə Bakıda anadan olub. İlk solo çıxışı 2014-cü ilin dekabr ayında Beynəlxalq Muğam Mərkəzində Barokko festivalında dinlənilib. Skripkaçı bir sıra festivallarda mükafatlara layiq görülüb.

 
Qeyd edək ki,  istedalı gənc skripkaçı Nəcəfli Canel İlham qızı 2020-ci il ərzində əldə etdiyi nailiyyətlərə görə Çexiyada "İlin Adamı” seçilmiş və musiqiçilərə təqdim edilən "Orfeus” mükafatına layiq görülüb. Çexiyada Orfeus mükafatı ("İlin adamı”) incəsənət sahəsində layiqli rol oynayan yerli tələbələrə verilir. İllərdir bu ənənə yerli əhali arasında mötəbər təltif sayılır və bugünədək bu ad yalnız Çexlərə verilmişdir. Hətta ona Çexiyanın "Oskar”ı da deyirlər.
 
Onu da qeyd etmək istərdik ki, gənc skripkaçı Canel Nəcəfli 2019-cu tədris ilində Azərbaycanda musiqi sahəsində Ali məktəbə müsabiqədənkənar daxil olmuş yeganə tələbə idi, hazırda BMA-da qiyabi və Çexiya Konservatoriyasında əyani təhsil alır.

7 dəfə Beynəlxalq və Respublika müsabiqələrinin I yer laureatı olaraq Canel aşağıdakı təltiflərə layıq görülüb:

"Karavan Kulturi” adlı Beynəlxalq Müsabiqə-Festival, Polşa, 2015- ci il I yer, "Josef Micka” adına festival-müsabiqə, Çexiya, Praqa, 2016-cı il, Prokofyevin "Zoluşka” əsərinə görə Fəxri Diplom, "Rodniki duşi” adlı Respublika müsabiqəsi, Bakı şəhəri, 2016-cı il, I yer, V.Spivakov Fondunun təşkil etdiyi "Moskva dostları qarşılayır” Beynəlxalq Festival, May, 2016-cı il, "Futures Stars” adlı Beynəlxalq müsabiqə, Bakı şəhəri, 2016-cı il, I yer, "Testene Art Baku” Beynəlxalq müsabiqə, Bakı şəhəri, 2017-cı il, I yer, "Grumiaux” (keçmiş "Bravo”) Beynəlxalq müsabiqə, Brüssel, (Belçika), 28 Mart-1 Aprel, 2018-ci il, III yer, Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III, Respublika müsabiqəsi, Bakı şəhəri, Aprel, 2018-ci il, I yer, Azad Əliyev adına violinçilərin I Beynəlxalq Müsabiqəsi, Bakı şəhəri, Fevral, 2019-cu il, I yer, III Beynəlxalq "World Harmony” Müsabiqəsi, Bakı şəhəri, 17-24 Fevral, 2020-ci il, I yer, Boulder Bach Festival, iyul-avqust, 2020, ABŞ, Kolodaro Ştatı, Audience Favorite, Qarabağ Beynəlxalq Mədəniyyət və İncəsənət Müsabiqəsi, 2020, Azərbaycan, Duet, III yer.

Canelə uğurlar diləyirik və bundan sonra da Azərbaycanı layiqincə təmsil etməsinə inanırıq!

 

 
Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Aytən Səfərova "Xəzər"də işə başladı

Aparıcı Aytən Səfərova Xəzər televiziyasında fəaliyyətə başlayıb. Sfera.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə yazıb. Teleaparıcı "Xəzər” te...

53 yaşlı aktyordan etiraf: "Həyat yoldaşım da, mən də başqaları ilə sevgi yaşayırıq"

Amerikalı aktyor Vill Smit evliliyi ilə bağlı şok açıqlamalar verib.   Sfera.az bildirir ki, 53 yaşlı aktyor "GQ” jurnalına danışarkən "açıq evlilik” idd...

Məşhur müğənni qadınlara və uşaqlara təcavüzdə ittiham olunur - Ömürlük həbsə məhkum edilə bilər

Amerikalı müğənni R Kelli vəzifəsindən istifadə edərək 20 il müddətində qadınlara və uşaqlara təcavüz də daxil olmaqla, bir sıra cinayətlərə görə ittiham edilib...

Bahar Candan lüks həyatından danışdı: 3 ayda 1 trilyon pul xərcləyib

Türkiyəli fenomen Bahar Candan son açıqlaması ilə təəccübləndirib.   Sfera.az bildirir ki, bu dəfə Candan lüks həyatından danışıb. "Söylemezsem olmaz” ve...

"Əmrahın boynuna sarılacağımı xəyal edirdim, şəhid olduğunu eşitdim..." - Tanınmış aparıcı

"27 sentyabr, 2020 ci il, bazar günü. Yuxudan oyanıram İlqar yerində yox, maşın da həyətdə deyil. Zəng edirəm ki, hardasan? Telefonun o başından xoşbəxt bir səs...

“Onlar tanrı tərəfindən göndərilən mələklərdir” – Məşhurlardan anım günü ilə bağlı PAYLAŞIM

Bu gün 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür.   Sfera.az bildirir ki, tarixi günlə bağlı ölkənin tanınmış simaları da öz fikirlərini b...