Azərbaycanlı futbolçu Maldiv adalarında oynayacaq

Azərbaycanlı futbolçu Maldiv adalarında oynayacaq
 

Azərbaycanlı futbolçulardan biri Maldiv adaları klubuna transfer olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov yandex.ru saytına müsahibəsində deyib.

 

Adıgözəlov adını açıqlamadığı 25 yaşlı futbolçunun yeni komandasında Azərbaycanın ortabab klublarında verilən məvacibdən daha çox qazanacacağını deyib:

 

"Bonuslar da olacaq. Üstəlik, qalmaq pulu da veriləcək. Maldiv adaları bahalı ölkədir. Orada dincələrkən çempionat oyununa getmişdim. Maldivdə futbol adamları ilə tanış oldum. Hər şey belə başladı".

OXŞAR XƏBƏRLƏR