Azərbaycanlı futbolçu Gürcüstan klubundan ayrıldı
10:58 / 08.07.2021
1024
Azərbaycanlı futbolçu Vüqar Bəybalayev Gürcüstanın "Telavi" klubu ilə vidalaşıb.
Sfera.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi özünün feysbuk səhifəsində paylaşım edərək, "Hər şey üçün təəkkürlər, "Telavi" yazıb.
Qeyd edək ki, Vüqar Bəybalayev "Telavi" klubuna bu ilin martında keçmişdi. Onun Azərbaycanda son klubu "Səbail" olub.