Azərbaycanlı ekspert “Lenova” kompüterlərində kritik boşluq aşkarlayıb

Azərbaycanlı ekspert “Lenova” kompüterlərində kritik boşluq aşkarlayıb
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib ki, gənc mütəxəssis, "Cybero” Kibertəhlükəsizlik Mərkəzinin eskperti Emin Quliyev "Lenova” kompüterlərinə kənar müdaxiləyə imkan yaradan kritik təhlükəsizlik boşluğu üzə çıxarıb. "Lenova” rəsmi internet səhifəsində ekspertin tapdığı bu boşluğu təsdiqləyərək təşəkkürünü bildirib.

Şirkətin 2019-cu il aprelin 4-də rəsmi olaraq yayımladığı açıqlamada bu boşluqdan şirkətin istehsal etdiyi 100 modelin təsirləndiyini və yeni "patch” ilə bu kritik boşluğun artıq aradan qaldırıldığı bildirilir. CVE-2019-6156 kod nömrəsi alan bu boşluq SMM BIOS sistemindən "SPI Flash” müdaxiləsi qadağan olunmuş yaddaşa kənar müdaxiləyə imkan yaradan kritik təhlükəsizlik boşluğundan söhbət açır. Açıqlamanın daha geniş mətni və boşluğa məruz "Lenova” modellərinin siyahısını //support.lenovo.com/us/ru/product_security/len-26332 keçiddən əldə etmək mümkündür.

Bildirilir ki, gənc ekspert E.Quliyevin bundan öncə də ciddi tədqiqatları olub və ekspert "Windows”, "Linux”, "Acer BIOS”, eyni zamanda, "VPN Browser”, "Mail Server” kimi müxtəlif proqram təminatlarında ciddi boşluqlar taparaq vendorlardan buna görə "bounty”lər alıb.

Hazırda ekspert "Cyber” Kibertəhlükəsizlik Mərkəzində avadanlıqların, əməliyyat sistemlərinin eləcə də tətbiqlərin analizi, onların təhlükəsizliyinin yoxlanılması və rəy verilməsi üçün tərs mühəndislik (Reverse Engineerin) laboratosiyasının qurulması üzrə işlərini davam etdirir.

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...