Azərbaycanlı dünya çempionuna hökm oxundu

Azərbaycanlı dünya çempionuna hökm oxundu
Azərbaycanlı idmançı Nail Salyayevin törətdiyi cinayət üzrə işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, Gürcüstan vətəndaşı olan Nail Salyayev 5 fevral saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə idarə etdiyi QAZ 33021 yük markalı avtomobillə qəza törədib.

O, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Bərəkət Market”in yaxınlığında yolu keçmək istəyən piyadanı vurub. Həmin şəxs 4 gün sonra - fevralın 9-da dünyasını dəyişib.

N.Salyayev məhkəmə iclasında özünü təqsirli bilməyib. O, 2019-cu ildə Gürcüstanda "B” kateqoriyalı sürücülük vəsiqəsi aldığını, 2005-ci ildə işləmək üçün Azərbaycana gəldiyini qeyd edib. O, vurduğu piyadanı tanımadığı avtomobillə 3 saylı Sabunçu xəstəxanasına çatdırdığını bildirib.

Məhkəmə zamanı məlum olub ki, N.Salyayevlə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışıq əldə edilib. Bu səbəbdən də mərhumun övladı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sonda Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hökmünə əsasən N.Salyayevə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Nail Salyayev 2008-ci ildən Azərbaycan Budo Döyüş növləri Federasiyasının idmançısı olub. Dəfələrlə Azərbaycan çempionu olan Salyayev 2012-ci ildə dünya çempionluğuna da yiyələnib.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Biləsuvar sakini 4 nəfəri bıçaqladı

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə rayonun Amankənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini,...

Özünü 6-cı mərtəbədən atıb öldürdü

Sumqayıt  şəhərində intihar hadisəsi qeydə alınıb. Sfera.az xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib. 1991-cı il təvəllüdlü ...

Ağlasığmaz hadisə: Ata yemək yemədiyi üçün yaş yarımlıq körpəni yumruqlayıb öldürdü - FOTO

Türkiyənin Qaziantep bölgəsində ağlasığmaz hadisə baş verib.   Sfera.az bildirir ki, 1,5 yaşlı Elif Hazal Yılmaz atasının atdığı yumruğa görə, müalicə al...

Ərini boyunbağı ilə öldürən qadının məhkəməsi başlayır

Bu ilin mayın 9-da 1952-ci il təvəllüdlü Rəşid Axundovun kirayədə yaşadığı mənzildə öldürülməsi faktı ilə Baş Prokurorluğun İstintaq idarəsində  Cinayət Mə...

“Bandotdel”in əməliyyatı ilə tutulan şəxslərə ağır cəza verildi

Xüsusi əməliyyatla saxlanılan narkotacirlər Elçin Xuduyev və Elman Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sfera.az xəbər verir ki, Baş Müt...

“Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim” - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Tərtərdə bacısını öldürüb, bacısı ilə evlənmək istəyən şəxsi isə öldürməyə cəhd edən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 30 yaşlı Elmi...