Azərbaycanlı bloqeri “güllələyib”, saçlarını qırmızı rəngə boyadılar - VİDEO

Azərbaycanlı bloqeri “güllələyib”, saçlarını qırmızı rəngə boyadılar - VİDEO

Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov izləyicilərini heyrətləndirməkdə davam edir.

Sfera.az xəbər verir ki, hərəkətləri ilə izləyiciləri mat qoyan bloqer Karina adlı həmkarı ilə mərc kəsərək daha bir inanılmaz addım atıb.

Əyninə güllə keçirməyən bronjilet geyinən H.Həsənova silahdan atəş açıblar.

Qeyd edək ki, imicini köklü şəkildə dəyişən H.Həsənov saçlarını qırmızı rəngə boyadıb. Bu isə izləyicilərinin xoşuna gəlməyib. Onu bu addımına görə tənqid ediblər.

Üç gündür aralarında mərc keçirən Hüseyn ilə Karina "Mərcdə heç kim uduzmadı. Hər ikimiz qalib gəldik” - deyərək, "Mərc xoşunuza gəldi?” sualı ilə sosial media izləyicilərinə müraciət ediblər. Onlar isə 92% "Hə” cavabını verərək, yenidən mərc oyunlarının keçirilməsinə ehyam vurublar.

Qeyd edək ki, ötən gün H.Həsənov yolda avtomobil idarə etdiyi zaman qarşıda gördüyü "VAZ 2115” markalı avtomobili 100 min rubl (2700 AZN) alaraq üstündən PDM-lə (piyadaların döyüş maşını) keçib. (oxu.az)




OXŞAR XƏBƏRLƏR