Azərbaycanlı bloger Rusiyada Gəncə üçün pul yığdı

Azərbaycanlı bloger Rusiyada Gəncə üçün pul yığdı
Rusiyada yaşayan Azərbaycan əsilli bloger erməni təcavüzündən əziyyət çəkən həmvətənlərinə kömək etmək üçün təqdirəlayiq addım atıb.

Sfera.az xəbər verir ki, bloger Fəridə Əliyeva 17 oktyabr gecəsi Ermənistan ərazisindən raket atəşinə məruz qalan Gəncə sakinlərinə kömək məqsədilə həmvətənlərinə və abunəçilərinə müraciət edib. Müraciətdən sonra Fəridə Gəncə sakinləri üçün üç milyon rubldan (65 min manat) çox pul yığıb:

"Bütün dostlara, eləcə də tanımadığım insanlara minnətdaram. Bir neçə gün ərzində mənə Azərbaycana göndəriləcək çox böyük bir məbləğ toplamaqda kömək etdilər.

Bu pulları mənə müxtəlif ölkələrdə yaşayan, Azərbaycan xalqının taleyinə biganə olmayan insanlar göndərdilər. Hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, 17 oktyabr 2020-ci il gecə Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən atılan ballistik raketlərlə Azərbaycanın Gəncə şəhərinə hücum edib.

Bu, ermənilərin cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhərinə üçüncü hücumdur. Erməni tərəfinin yeni terroru mülki əhali arasında ciddi itkilərə səbəb oldu. Son məlumatlara görə, beşi uşaq və dördü qadın olmaqla 15 mülki şəxs öldürüldü. Digər 53 nəfər yaralanıb, onlardan beşi azyaşlı və iyirmisi qadındır. Şəhərin çoxsaylı mülki infrastruktur və nəqliyyat obyektlərinə ciddi ziyan dəyib”. ///Baku.vs

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...