Azərbaycanlı biznesmen pandemiyada səyahətin detallarını açıqladı: “Green Pass” olmadan bir çox yerə gedə bilməzsiniz\"

Azərbaycanlı biznesmen pandemiyada səyahətin detallarını açıqladı: “Green Pass” olmadan  bir çox yerə gedə bilməzsiniz\
"Novco Group of Companies"in təsisçisi və direktoru, biznesmen, səyyah Fərid Novruzi səfərləri barədə maraqlı paylaşım edib.
 
Sfera.az bildirir ki, iş adamı bu dəfə Venesiya səfərlərindən söz açıb. Belə ki, o, Venesiyaya səfərlərinin dəqiq sayını xatırlamadığını və bunu pafossuz dediyini qeyd edib:

"Sadəcə bizim əməkdaşlıq etdiyimiz "Benetton” və "OVS” şirkətlərinin baş ofisləri bu su üzərindəki şəhərdən yarım saatlıq məsafədə yerləşir. Lakin məsələ bu deyil. Siz yəqin inanmazsınız ki, dünyanın ən romantik şəhərinə artıq neçə illərdir ki, ya təkbaşına səfər edirəm, ya da iş yoldaşlarımla. Bu dəfə də burada yalnızam, görünür, hər şeyin öz zamanı var.

Cəmi bir il əvvəl İtaliyadan olan reportajları xatırlayırsınız? Yəqin onlar təkcə mənə hərbi əməliyyatlar teatrının xülasəsini xatırlatmırdı və bütün bu qorxulu xəbərlər fonunda Venesiyada turistlərin yoxluğunda su kanallarının təmizlənməsi prosesinin başlandığını göstərən kadrlar bir növ təsəlli idi. Az qala hər gün buraya delfinlər üzüb gəlirdi. Lakin yenə də Venesiyanın boş küçələri insanı qüssələndirirdi və getdikcə adama elə gəlirdi ki, artıq dünya əvvəlki kimi olmayacaq. Hər şey zamanla qaydasına düşməyə başladı və mən də səyahəti sevən bir insan kimi davam etməkdə olan pandemiyaya baxmayaraq, ilin əvvəlindən bir çox ölkələrdə olmağı bacardım. Ancaq yenə də hər şeydən çox İtaliyaya gəlib çıxmaq istəyirdim”.
 
Novruzi avqustun əvvəlində "Benetton” şirkətinin ofisinə dəvət aldığını bildirib:

"Heç düşünmədən də razılaşdım. Bu həyəcanverici və maraqlı səfər idi. Təqdimatdan əlavə Luçiano Benetton ilə görüşüm nəzərdə tutulurdu. "United Colors of Benetton” şirkətinin təsisçisinin artıq 86 yaşı var və mən onunla görüşmək, həmçinin yeni fikirlərimi bölüşmək istəyirdim. Lakin Venesiyaya qayıdaq. Bir çox məşhur yerləri yaxşı tanıdığımdan bu dəfə indiyə qədər olmadığım hissələri gəzmək qərarına gəldim. Xoşbəxtlikdən reysimə hələ çox var idi. Yəqin siz də ekoloji vəziyyəti öyrənməyə səbrsizlənirsiniz. Əvvəldən deyim ki, bir qədər bulanıqlıq qalsa da, kanallar təmizlənib, ən əsası şəhərin ən içərisindən axan kanallardan belə gələn o qoxular artıq yoxdur. Təəssüf ki, delfinləri görmədim. Bir sözlə, şəhər turist izdihamından dincəlmiş, gücünü toplamış və onları yenidən qarşılamağa hazırdır. Bu gün turistlər tədricən buraya qayıdır, küçə və meydanları doldurur”.

Biznesmen İtaliyaya səyahət etmək istəyənlər üçün vacib məlumatlar da bölüşüb:

"Hazırda İtaliyaya ancaq dəvət əsasında gəlmək mümkündür və bu dəvət məktubları təyyarəyə minik zamanı yoxlanılır, eləcə də PCR test tələb olunur. Şəxsən məndən vaksinasiya barədə soruşan olmadı və rusiyalı həmkarlarımdan öyrəndiyim qədərilə ona ehtiyac da yoxdur. Lakin İtaliyaya çatan kimi onlar yenidən ekspress test verdilər və "Green Pass” aldılar. "Green Pass” olmadan siz bir çox yerə gedə bilməzsiniz. Daha bir amma da var ki, bunun turistlər üçün etibarlılıq müddəti 48 saatdır, vaxt bitən kimi yenidən test verməli və yenidən "Green Pass” almalısınız. Geri qayıdanda da sizdən həmin "GreenPass”  tələb olunduğuna görə, əgər peyvənd olunmamısınızsa, geri uça bilməyəcəksiniz. İtaliyada test 35 Avro təşkil edir və nəticəsini 15 dəqiqə ərzində əldə edirsiniz”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...