Azərbaycanlı aparıcı vəfat etdi
Hadisə
12:20 / 07.05.2021
2733
80-ci illərin məşhur "Çovqan” verilişinin yaradıcısı və aparıcısı Fərhad Abdullayev vəfat edib.
Sfera.az xəbər verir ki, məşhur jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Televiziya sahəsində bir çox yeniliklərə imza atan F.Abdullayev "Çovqan” verilişi ilə yanaşı, "İdman həftəsi”, "İdman” və "Sport” qəzetlərində də işləyib.