Azərbaycanlı alim dünyanı dəyişəcək: insanlar mutasiyaya uğrayacaq - Yaponlardan ilginc İDDİA

Azərbaycanlı alim dünyanı dəyişəcək: insanlar mutasiyaya uğrayacaq - Yaponlardan ilginc İDDİA
Yaponiya istehsalı olan "From the new world” (Shin Sekai Yori) adlı anime öz mövzusu ilə azərbaycanlı izləyicilərinin diqqətini çəkir.

 

 

Sfera.az xəbər verir ki, adı çəkilən animedə insanların mutasiyaya uğrayaraq psixokinez güclər qazandığı distopik gələcəkdə baş verən hadisələrdən bəhs edilir.

 


Maraqlısı odur ki, insanları mutasiyaya uğradan azərbaycanlı bir alimin kəşfidir. Hadisələr onun insanlar üzərində təcrübə apararaq dünyanın tarixini və sivilizasiyanı dəyişəcək mutasiyanı kəşf etməsindən sonra cərəyan edir.

 

"Qreqori təqviminin 2011-ci ilində, elm adamları indiyə qədər həmişə gizli bir fenomen sayılan psixokinezin (PK) varlığını qəti şəkildə sənədləşdirdilər. Bundan əvvəl, istər kütlə içində, istərsə də laboratoriyalarda olsun, bütün PK sınaqları tamamilə uğursuzluqla nəticələnmişdi. Lakin 2011-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində alim İmran İsmayılov uğurlu təcrübələr aparır. İsmayılovun təcrübələrinin müvəffəq olacağına şübhə edənlər də var idi.

 

İsmayılovun kəşf etdiyi ilk şəxs Nona Mərdanova on doqquz yaşlı qız idi. Bacardığı tək şey şəffaf bir borunun içərisinə möhürlənmiş yüngül plastik bir topu hərəkət etdirmək idi. Ancaq o, bəşəriyyətin gizli gücünü oyadan katalizator oldu. PK istifadəçilərinin sayı sürətlə böyüdü və nəticədə bütün əhalinin 3 faizinə çatdı.

 

Başlanğıcda, adi insanlar PK istifadəçilərini kənarlaşdırdı. PK istifadəçiləri bu həqiqəti gizli saxlamalı oldular.

 

Sonradan isə mutasiya keçirmiş uşaqlar öz ekstrasens qabiliyyətlərinin inkişafı üçün məktəbə getməyə başlayırlar. Amma məktəbdə vaxtaşırı olaraq səbəbsiz və müəmmalı şəkildə yoxa çıxırlar. Əsas hadisələr də bundan sonra cərəyan edir”, - deyə "shinsekaiyori.fandom” saytında bildirilir.

 

 

Qeyd edək ki, 25 seriyadan ibarət animenin hər seriyası 20-25 dəqiqə çəkir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...