Azərbaycanlı ailə ABŞ-da hökuməti aldadaraq 7.4 milyon dolları necə ələ keçirdi? – Təfərrüat

Azərbaycanlı ailə ABŞ-da hökuməti aldadaraq 7.4 milyon dolları necə ələ keçirdi? – Təfərrüat
Azərbaycanlı ailə ABŞ-da dələduzluq edib.

Sfera.az xəbər verir ki, Ohayo ştatında yaşayan 6 nəfərlik ailə saxta əkinçilik müəssisəsi yaradaraq hökumətdən 7,4 milyon dollar pandemiya krediti alıb.

Belə ki, yanvarın 25-də ailə üzvləri Günay Kələntərli və Aydın Kələntərov Kaliforniyada həbs edilib. Məlum olub ki, onlar pandemiya səbəbilə fermerlər üçün nəzərdə tutulan güzəştli kreditlərdən faydalanıb. Bunun üçün saxta yollarla bir sıra yaşayış yerlərini əkinçilik ərazisi kimi göstərərək 7 milyon 447,4 min dollar məbləğində yardım alıblar. Ailə üzvləri kreditləri almaq üçün 53 dəfə aidiyyəti qurumlara müraciət ediblər.
 
Ohayo əyalətinin rəsmisi Daniel Ballın verdiyi məlumata görə, ailənin digər üzvləri Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli və Kandi Rodriqez də pandemiya səbəbilə sahibkarlığa dəstək verən Kiçik Ticarət İdarəsinə qarşı etdikləri dələduzluğa görə müvafiq maddələrlə ittiham olunurlar.
 
Qeyd edilib ki, Ohayo hüquq-mühafizə orqanları Kələntərovlar ailəsinin dələduzluq yolu ilə ələ keçirdikləri vəsaiti bərpa etməyə çalışır.
Hazırda faktla bağlı istintaq davam edir.
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR