No Image
No Image

Azərbaycanla Türkiyə media platforması təsis edir

Azərbaycanla Türkiyə media platforması təsis edir
Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılacaq.

Sfera.az-ın məlumatına görə, bu, Milli Məclisinin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

- İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

- Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

- Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

- İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - VİDEO

36 illik ömrünün yarısını Vətənə xidmətə həsr edən, Vətən müharibəsi qəhrəmanı, "Hadrut fatehi” Camal İsmayılov 1984-cü ildə Neftçalada dünyaya gəlib. 200...

“Diqlas”ın yerində nə tikiləcək? – AÇIQLAMA

2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan "Diqlas” ticarət mərkəzinin yerində hə...

Hakimliyə namizədlərlə test imtahanı keçirildi

Hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Sfera.az xəbər veri...

Azərbaycanlı aktyor doğum günündə həbs edildi

Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamov (Türksoy) həbs edilib. Sfera.az xəbər verir ki, bu barədə aktyorun ailəsindən məlumat verilib. Bi...

İrana səfər etməyin şərtləri açıqlandı

İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qar...

8 Martda ictimai nəqliyyat işləməyəcək - QƏRAR

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyi...