No Image
No Image

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
Martın 2-də Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərliyi ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, qonaqları salamlayan vitse-spiker bildirib ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın münasibətləri fonunda uğurla inkişaf edir.

Bildirilib ki, ölkələrimiz ortaq tarixə malik, ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət” olan iki qardaş dövlətdir. Ölkəmizin apardığı haqq savaşında Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyi Azərbaycan xalqı hər zaman xatırlayacaq.

Qeyd olunub ki, qələbədən sonra qarşımızda dayanan əsas məsələ Qarabağın bərpa edilməsidir. Hazırda bu sahədə ölkə rəhbərliyinin göstərişinə əsasən genişmiqyaslı işlər görülməkdədir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev çıxışlarında Qarabağın bərpası zamanı görüləcək işlərə Türkiyə şirkətlərinin də cəlb edilməsinin vacibliyini vurğulayıb. Ölkəmiz üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətə başlayıblar.

Görüşdə qardaş Türkiyə ilə iqtisadi, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıqdan söhbət açılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndələri iki ölkənin ortaq dəyərləri bölüşdüyünü, bundan sonra da daim bir-birinə dəstək vermələrinin vacibliyini qeyd ediblər. Qonaqlar qüdrətli Azərbaycan Ordusunun Ermənistan ordusunu məğlubiyyətə uğradaraq qazandığı tarixi qələbədən, ərazilərimizin işğaldan azad olunmasından məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev Bağdad Amreyevi qəbul etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Türkdill...

Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı AÇIQLAMA

Türkmənistanın enerji sektoru Kanada üçün maraq kəsb edir. Sfera.az bildirir ki, bunu  Kanada Xarici İşlər Nazirliyindən bildiriblər. Qeyd olun...

Hikmət Hacıyev Fəxrəddin Altunla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezident Administrasiyası...

İrəvandakı küçələrə Vətən Müharibəsi qəhrəmanlarının adları verilir - FOTO

Qatı millətçiliyi ilə tanınan Ermənistan parlamentinin müxalifətdən olan deputatı Naira Zöhrabyan öz "Facebook” səhifəsində maraqlı paylaşım edib. MediaBa...

“Bakıya gəlmiş və gələcək türk səfirləri içində ən gözəl anlara şahidlik edən oldum”

"Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimd...

"Qardaşım Ərdoğanın verdiyi dəstək xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi”

"Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana gös...