"Azərbaycanla oyunu sona qədər qapalı müdafiəyə qarşı keçirəcəyik"

"Uşaqların seçmə mərhələni uğurlu nəticə ilə bitirməsini gözləyirəm. Yəqin ki, bütün oyunu qapalı müdafiəyə qarşı keçirəcəyik. Amma komandamızın bunun öhdəsindən gələcəyinə inanıram”.

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik Avro-2020-nin seçmə mərhələsində yığmamızla keçiriləcək oyun haqda danışarkən deyib.
 

O, yerli mətbuata müsahibəsində millimizlə görüşün əvvəlcədən nəzərdə tutulduğu kimi başqa şəhərdə deyil, Trnavada keçirilməsinin səbəbini izah edib:

"Baş məşqçimiz Pavel Hapal futbolçularla görüşdükdən sonra daha keyfiyyətli stadionda oynamaq istədiklərini bildirdi. Daha əvvəl matçın Bratisavada keçirilməsinə qərar vermişdik. Lakin Azərbaycan tərəfinə fikir dəyişikliyimizi çatdırdıq, onlar da heç bir problemin olmadığını vurğuladı. Buna görə də UEFA-ya müraciət etdik. Rəqibin müdafiədən oynadığını nəzərə alsaq, yaxşı meydanda çıxış etməyimiz çox vacibdir. Yaradıcı oyun göstərməli olacağıq”.

Qeyd edək ki, millimiz Slovakiya ilə noyabrın 19-da səfərdə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...