\"Azərbaycanla hədə-qorxu dilində danışan cəzasını alacaq\" -Azərbaycan Prezidenti

\

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciət edir. 

Sfera.az xəbər verir ki, müraciət Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanır.

 Dövlət başçısı bildirib ki, bu gün səhər Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə bizim yaşayış yerlərimizi, hərbi mövqelərimizi atəşə tutub: 

"Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmayacaq!"

Prezident Tovuz hadisələrini xatırladıb:

"Heç kəsə sirr deyil ki, ilk artilleriya atəşini Ermənistan açıb, düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan acı məğlubiyyətlə barışdı. Bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisində əməliyyatlar keçirərdik. Amma bizim belə niyyətimiz yoxdur. Hansı məqsədi güdürdü bu təxribatla Ermənistan?!"

 Məhz Ermənistanın riyakar siyasəti nəticəsində danışıqlar dayandırılıb. İyul ayında Azərbaycan Ermənistana layiqli cavab verdi, göstərdi ki, Azərbaycanla hədə-qorxu dilində danışan cəzasını alacaq. Amma onlara dərs olmadı, halbuki mən demişdim ki, bu, dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti təxribata əl atıb diversiya göndərdi. Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı diversiya qrupunun rəhbəri.

Və növbəti hərbi təxribat bu gün törədildi, onların cəzalarını aldı və alacaq. Ermənistanın təxribatları eyni zamanda Ermənistan hərbi rəhbərliyi tərəfindən verdiyi açıqlamalarda da bilinir. O, demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə" Bu, yalandır!

Qarabağ Azərbaycandır, və Nida. İkincisi, bu təxribat danışıqlar prosesinə vurulan zərbə idi. Əgər Baş Nazir bu sözü deyirsə, hansı danışıqlardan söhbət gedə bilər?!”


 

OXŞAR XƏBƏRLƏR

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...