No Image
No Image
No Image

"Azərbaycanla hədə-qorxu dilində danışan cəzasını alacaq" -Azərbaycan Prezidenti

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciət edir. 

Sfera.az xəbər verir ki, müraciət Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanır.

 Dövlət başçısı bildirib ki, bu gün səhər Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə bizim yaşayış yerlərimizi, hərbi mövqelərimizi atəşə tutub: 

"Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmayacaq!"

Prezident Tovuz hadisələrini xatırladıb:

"Heç kəsə sirr deyil ki, ilk artilleriya atəşini Ermənistan açıb, düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan acı məğlubiyyətlə barışdı. Bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisində əməliyyatlar keçirərdik. Amma bizim belə niyyətimiz yoxdur. Hansı məqsədi güdürdü bu təxribatla Ermənistan?!"

 Məhz Ermənistanın riyakar siyasəti nəticəsində danışıqlar dayandırılıb. İyul ayında Azərbaycan Ermənistana layiqli cavab verdi, göstərdi ki, Azərbaycanla hədə-qorxu dilində danışan cəzasını alacaq. Amma onlara dərs olmadı, halbuki mən demişdim ki, bu, dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti təxribata əl atıb diversiya göndərdi. Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı diversiya qrupunun rəhbəri.

Və növbəti hərbi təxribat bu gün törədildi, onların cəzalarını aldı və alacaq. Ermənistanın təxribatları eyni zamanda Ermənistan hərbi rəhbərliyi tərəfindən verdiyi açıqlamalarda da bilinir. O, demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə" Bu, yalandır!

Qarabağ Azərbaycandır, və Nida. İkincisi, bu təxribat danışıqlar prosesinə vurulan zərbə idi. Əgər Baş Nazir bu sözü deyirsə, hansı danışıqlardan söhbət gedə bilər?!”


 

OXŞAR XƏBƏRLƏR

“Azərbaycanda minlərlə erməni yaşayır, niyə bu, Dağlıq Qarabağda mümkün deyil?” - İlham Əliyev

"Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərb...

Hikmət Hacıyev: "Ermənistan rəhbərliyini bir daha xəbərdar edirik"

"Xankəndinin bombalanması barədə Ermənistan tərəfinin iddiaları yalandır və böhtandır. Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tə...

Müdafiə Nazirliyi Xankəndi və Xocavəndlə bağlı məlumat yaydı

Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yala...

İranın Ordumuzun mövqelərini atəşə tutması yalandır - MN

Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriy...

Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndi – VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin görüntülərini yayıb. Sfera.az həmin görüntüləri təqdim edir. ...

İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

"Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qar...