Azərbaycanla Gürcüstan arasında yeni memorandumlar imzalandı

Azərbaycanla Gürcüstan arasında yeni memorandumlar imzalandı
"Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin səkkiz ayında ölkələrimiz arasında ticarət dövriyyəsi keçən ilin müvafq dövrü ilə müqayisədə 41 faiz artıb”.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşıb.

"Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, yeni layihələr, Gürcüstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri müzakirə edildi.

İnanırıq ki, səmərəli dialoq qonşu və dost ölkə ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”, - nazir qeyd edib.

M.Cabbarov vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş, həmçinin, AZPROMO və KOBİA ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb:

"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu avtomobillər ucuzlaşacaq - ƏDV-dən tam azad olunur

"Gələn ildən "Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomob...

Azərbaycanda bütün növ pensiyalar nə qədər artacaq? - MƏBLƏĞ AÇIQLANDI

Gələn il üçün sosial müdafiə fondunun həm gəlirləri, həm də xərcləri təxminən 5 faiz yüksəlir və 5 milyard 307 milyon manata çatır. Bu, indiyə qədər ən yüksək h...

Bahalaşma ailələrin aylıq xərcini nə qədər artırıb? – Əhali pulu daha çox bu məhsullara xərcləyir

Azərbaycanda bu il müşahidə edilən yüksək qiymət artımı əhalinin adambaşına düşən istehlak xərclərinin artmasına səbəb olub. İlin əvvəlindən bəri illik bahala...

“Bu insanlar pensiya yaşına çatdıqda pensiya ala bilməyəcək” – Deputat hökumətə çağırış etdi

"İnkişaf etmiş ölkələrdə insanlar pensiyaya çıxdıqdan sonra həyatlarının romantik dövrünə qədəm qoyurlar. Azərbaycanda isə insanlar pensiyaya çıxdıqdan sonra ...

İdxal vergisi artırılır: Bu avtomobillər BAHALAŞACAQ – SİYAHI

Azərbaycana xaricdən gətirilən avtomobillər üçün aksiz vergisi artırılır.  Sfera.az FED.az-a istinadən xəbər verir ki, aksizlərin artırılması 2022-ci...

Ağstafada bütün tenderlərin “qalibi” olan şirkət kimə məxsusdur? - DETALLAR

Ağstafa rayonunda dövlət vəsaiti hesabına icra edilən bir çox layihələrin podratçısı (icraçısı) qismində "Meqa an İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və...