\"Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına İran mane olur\" - Zahid Oruc
11:53 / 11.10.2021
763
"İranın Xudafərin körpüsü boyunca apardığı təlimlər Allah yolunda deyil".
Bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib. Millət vəkili Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına da İranın mane olduğuna işarə edib:
"Ermənistanın öz iradəsinə qalsa, Azərbaycan və Türkiyə bir günə sülh müqaviləsi bağlayar, lakin bəzi ölkələr buna imkan vermir. Bu gün dünyada İranın düşmənləri ermənilərin düşmənlərindən daha çoxdur. Xudafərində aparılan döyüş təlimləri Allah yolunda keçirilən təlimlər adlandırıla bilməz. Bu döyüşlər İranın öz din qardaşlarına yönəlib. Lakin onu da deyim ki, sözügedən təlimlər heç kimdə qorxu yaratmadı".
Əzizə Zeynal
Sfera.az