Azərbaycanla Ermənistan arasında sülh sənədi hazırlanır – Prosesdə hansı dövlətlər var?
11:36 / 16.10.2021
2196
"Prezident
İlham Əliyev MDB Dövlət Başçıları Şurasında Azərbaycanın Ermənistanla sərhədlərin
delimitasiyasına və sülh sazişinə dair danışıqlara hazır olduğunu bildirdi. O, "Azərbaycan
qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır” qeydi ilə bütün
danışıqların Bakının şərtləri çərçivəsində ola biləcəyinin mesajını verdi”.
Bu
sözləri Sfera.az açıqlamasında siyasi şərhçi Asif Nərimanlı oktyabrın 15-də
Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans
formatında keçirilən iclası haqda danışarkən deyib.
Ekspert
qeyd edib ki, MDB iclasından öncə Moskvada Putinlə görüşdə Paşinyana bölgədə
atılması vacib olan addımlar izah edilib:
"Prinsip
etibarilə, sərhədin delimitasiyası və kommunikasiyanın açılması ön plandadır. Təsadüfi
deyil ki, Paşinyanın çıxışında Azərbaycana qarşı ənənəvi ittihamları qalsa da,
Əliyevin şərtləri ilə razı olduğu da görünür. Rəsmi İrəvan bütün
kommunikasiyaların açılmasına hazırdır. Bura Ermənistanın Azərbaycan vasitəsilə
Rusiya və İranla əlaqə qurması və Azərbaycanın Ermənistan ərazisi vasitəsilə
Naxçıvanla dəmiryolu və avtomobil yolu (Zəngəzur dəhlizi) əlaqəsi qurması
daxildir”.
Ekspert
düşünür ki, Paşinyan Əliyevin sülh sazişi tələbini Minsk Qrupu çərçivəsində
müzakirə etmək istəyir:
"Bakının
cari hədəfi sərhədin delimitasiyasının başa çatdırılmasıdır. Bu, sülh sazişinin
hansı platformada müzakirə edilməsindən asılı olmayaraq, Azərbaycanın masada əlini
daha da gücləndirəcək”.
Politoloq qeyd edib ki, Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasına hazır
olduqlarını və bunun da Rusiyanın vasitəçiliyi ilə ola biləcəyini qeyd edib:
Turan
Rzayev