Azərbaycanla 9 milyonluq müqavilə imzaladıq - Paxomçik
19:50 / 19.04.2021
2563
Azərbaycanla Belarus arasında 9 milyon dollarlıq müqavilə imzalanıb.
Sfera.az xəbər verir ki, bunu Belarusun sənaye naziri Pyotr Paxomçik deyib.
Müqaviləyə görə, Azərbaycan Belarusdan 550 traktor alacaq.
Nazir bildirib ki, Minsk avtomobil zavodunun istehsalı 6 nəqliyyat vasitəsinin tədarükü məsələsi artıq müzakirə olunub:
"Bundan başqa, Azərbaycan tərəfi təkcə traktorların satın alınmasında deyil, həm də ölkədə istehsalın təşkil olunmasında maraqlıdır".