Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard dolları ötüb

Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard dolları ötüb
2021-ci ilin yanvar-avqust dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20,28 milyard dolları ötüb. Ticarət dövriyyəsinin 63,77 faizi, yəni 12,935 milyard dolları ixracdan, 36,23 faizi, yəni 7,35 milyard dolları idxaldan ibarət olub. 

Xarici ticarət əməliyyatları zamanı 5,58 milyard dollardan çox müsbət fərq yaranıb. 

Sfera.az bildirir ki, bu ilin ilk 8 ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən 3,71 milyard dollar və ya 22,4 faiz böyük olub. 

Bu il ixracın dəyəri 3,055 milyard dollar (31 faiz), idxalın dəyəri 659 milyon dollar (9,85 faiz) artıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR