Azərbaycanın vaksin idxalına xərclədiyi pulun məbləği açıqlandı - MƏBLƏĞ
14:17 / 22.11.2021
632
2021-ci
ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 72,1 milyon dollar dəyərində
insanlar üçün vaksin idxal edilib. İdxal edilən vaksinin miqdarı 16,51 ton
olub.
Sfera.az
rəsmi məlumatlara istinadən xəbər verir ki, bu il idxal edilən vaksinin miqdarı
34 faiz artdığı halda dəyəri 18 dəfədən çox artıb. Belə ki, ötən il ərzində
idxal edilən vaksinin miqdarı 12,34 ton, dəyəri 4,03 milyon dollar olmuşdu.
Müqayisə
göstərir ki, ötən il ərzində bir ton vaksinə orta hesabla 326,6 min dollar ödənildiyi
halda, bu ilin 9 ayında bir tona görə ödənilən pul 4,367 milyon dollar təşkil
edib. Bu il alınan vaksinlərin qiyməti 13,4 dəfə yüksəkdir.