Azərbaycanın Türkiyəyə səfir təyin etdiyi Rəşad Məmmədov kimdir? - DOSYE

Azərbaycanın Türkiyəyə səfir təyin etdiyi Rəşad Məmmədov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sfera.az səfirin tərcümeyi-halını təqdim edir:
 

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004 — G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

O, əmək fəaliyyətinə 1990-1992-ci illərdə Ədliyyə Nazirliyinin Aparatında kargüzar kimi başlayıb. 1995-1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi, 1996-2000-ci illərdə Bakı hərbi prokurorunun köməkçisi, 2000-2001-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, 2001-2006-cı illərdə Azərbaycanın Rusiya səfirliyində üçüncü katib, ikinci katib, 2006-2008-cı illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq hüquq məsələləri şöbəsinin müdiri işləyib.

R.Məmmədov 2010-2015-ci illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu, 2015-ci ildən bu təyinatadək Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri olub.

Rəşad Eynəddin oğlu Məmmədov ingilis və rus dillərini bilir. Evlidir, üç övladı var.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...