No Image
No Image

Azərbaycanın Türkiyə və İsraillə bağlı arzusu reallaşacaqmı? - ŞƏRH

Azərbaycanın Türkiyə və İsraillə bağlı arzusu reallaşacaqmı? - ŞƏRH
"Türkiyə-İsrail-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılacağını zənn etmirəm”.

Bu sözləri Sfera.az-a açıqlamasında Bakının vasitəçiliyilə Ankara ilə Təl-Əviv arasında münasibətlər normallaşdığı təqdirdə, Türkiyə-İsrail-Azərbaycan üçtərəfli əməkdaşlığın yaranması perspektivinə toxunarkən, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib: 

"Prinsipcə iki ölkə arasında münasibətlərin normallaşması üçün Bakı öz rolunu təklif edib. Prezidentin köməkçisi Hikmət Hacıyev də deyib ki, İsrail bizim dostumuzdur. Türkiyə isə əsas strateji müttəfiqimizdir və biz iki dostumuz arasında münasibətlərin gərgin qalmasını istəmirik. Hətta istəsələr, Azərbaycanın vasitəçiliyilə Bakıda görüşlər də təşkil oluna bilər. Bu barədə zaman-zaman xəbərlər yayılır. Azərbaycan bu iki dövlət arasında düşmənçiliyin olmasını istəmir”.  

Həmsöhbətimiz qeyd etdi ki, bəzi hallarda Azərbaycanın istəyindən asılı olmayaraq, İsraillə Türkiyə arasında zaman-zaman problemlər ortaya çıxır:
 
"Bir neçə gün öncə İsraildə məsciddə xoşagəlməz hadisə baş verdi və buna görə Türkiyədən Təl-Əvivin ünvanına sərt açıqlamalar səsləndi. Ortada bunlar varsa, dialoq qurmaq sözsüz ki, çətin olacaq. Hər halda, Ankara ilə Təl-Əviv arasında siyasi müstəvidə gərginliyin yaşanmasına rəğmən, iqtisadi əlaqələr yüksək səviyyədədir. İsraildən Türkiyəyə gedən turistlərin sayı da hər zaman olduğu kimi yüksək olaraq qalır. Bu da onu göstərir ki, iki ölkə arasında siyasi dialoqun başlanması mümkündür. Azərbaycan da bunu arzu edir”. 

Lakin buna rəğmən politoloq Türkiyə-İsrail-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaranacağını zənn etmir:
 
"Bunun baş verməsi üçün ən azından ilk növbədə İsraillə Türkiyənin barışması zəruridir. Bundan sonra həmin məsələni gündəmə gətirmək olar. Məsələnin həlli Azərbaycandan asılı deyil”.

Rüfət SULTAN
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Minsk qrupunun son bəyanatı nəyə xidmət edir? – ŞƏRH

Ötən gün ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.   Bəyanatda bildirilib ki, həmsədrlə...

"Baş verən təxribatların arxasında kimin dayandığı bəllidir" - Politoloq bu ölkələrə işarə etdi

"Sərhəddə baş verən toqquşmalar və pozulan atəşkəs Rusiya, ABŞ və Fransanın marağındadır”.   Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib...

Deputat Elçibəyin oğlunu tənqid edənlərə od püskürdü: "Axmaq sürüsü..."

Milli Məclisin deputatı Fazil Mustafa bir qrup şəxsləri sərt tənqid edib.   Sfera.az bildirir ki, millət vəkili Xalq artisti Flora Kərimovanın "artıq Şuş...

Rəsmi Vaşinqtondan Azərbaycanla Ermənistana ÇAĞIRIŞ

"BMT Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır”. Sfera.az xəbər verir ki, bunu BMT-nin Baş katibinin rəsmi nümayəndəsinin müavin...

“Təxribatlar cavabsız qalmayacaq” – Azərbaycanın növbəti addımı

"Ermənistan tərəfindən həyata keçirilən bu təxribatlar heç vaxt cavabsız qalmayıb və bundan sonra da cavabsız qalmayacaq”.   Bunu Sfera.az-a açıqlamasınd...

Ceyhun Bayramov Mustafa Şentopla görüşüb - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nüma...