“Azərbaycanın təlimlərdə yüksək nəticələr göstərməsi şəxsi heyəti daha da ruhlandırır”

“Azərbaycanın təlimlərdə yüksək nəticələr göstərməsi şəxsi heyəti daha da ruhlandırır”

"Azərbaycan Ordusunda şəxsi heyətin ruh yüksəkliyi və döyüş hazırlığı kifayət qədərdir”.

 

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O bildirib ki, hazırda Azərbaycan Ordusunun beynəlxalq əlaqələri genişlənir və dünya Azərbaycanın mövqeyini dəstəkləyir:

"Şübhəsizdir ki, əsgər və zabitlərimizin təlimlər keçməsi onların daim ayıq-sayıq olmasına xidmət edir. Ordumuz bu gün necə lazımdırsa, silahlanıb. Yeni silahlardan, döyüş vasitələrindən, texnikadan istifadə edə bilən mütəxəssislər də artırılır. Bütün bu hazırlıqlar və təchizat döyüş qabiliyyətinin artırılmasına xidmət edən əsas amillərdir”.

Deputatın sözlərinə görə, bu gün aparılan islahatlar Azərbaycan Ordusunu gücləndirir və beynəlxalq əlaqələrini genişləndirir:

"Azərbaycanın təlimlərdə yüksək nəticələr göstərməsi şəxsi heyəti daha da ruhlandırır. Bununla yanaşı, ən müasir silahlarla təminat onların peşəkarlıq səviyyəsini daha da artırır”.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Dünya bundan sonra uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq"

Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac d...

Yağış, şimşək, dolu... - Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ!

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və A...

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...