\"Azərbaycanın tank briqadası Xocalıya girsin\" - Tofiq Zülfüqarovdan Xocalı aeroportundakı paradla bağlı təklif
14:28 / 20.04.2021
1982
Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May
Qələbə günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə
Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş
Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet
İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.
Bu isə cəmiyyətdə haqlı narahatlığa səbəb
olub.
Milli Məclisin deputatı Elman Nəsirov bununla
bağlı Sfera.az-a açıqlamasında qeyd edib ki, Rusiya 9 may - faşizm üzərində Qələbə
günü münasibətilə hər il müxtəlif tədbirlər keçirir və Rusiyanın Silahlı Qüvvələri
də bu prosesdə iştirak edirlər:
Hazırda elə erməni mətbuatı da yazır
ki, mülki geyimdə erməni hərbçiləri Laçın dəhlizindən keçərək Qarabağ ərazisinə
daxil olurlar. Bu məsələ sülhməramlıların doğrudanmı diqqətindən yayınır?
Bunlar yolverilməzdir”.
Millət vəkili xatırladıb ki, Xocalıda soyqırım
törədilib, 1992-ci ildə bəşəri, hərbi cinayətə imza atılıb: "Soyqırım cinayətkarları hələ cəzalandırılmayıblar.
Belə bir vəziyyətdə Xocalıda bu addımın atılması, məkan olaraq məhz Xocalının
seçilməsi hesab edirəm ki, çoxsaylı suallara səbəb olur. Azərbaycan ictimaiyyəti
də belə davranış tərzini qəbul etmir”.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə
məsələ ilə bağlı təklif irəli sürüb. O qeyd edib ki, 9 May Azərbaycanda da dövlət
bayramıdır və buna görə də hərbçilərimiz sözügedən parada qatıla bilər:
Qeyd edək ki, aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.
Günay Rəsulqızı