Azərbaycanın şahmat yığması məğlub oldu
23:00 / 28.09.2021
1321
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Sfera.az xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Fransanı sınağa çəkib.
Oyun rəqibin 3,5:0,5 hesablı qalibiyyəti ilə yekunlaşıb.