Azərbaycanın qonşusunda yeni dəhşətli virus yayılır - KORONAVİRUSU UNUDUN!

Azərbaycanın qonşusunda yeni dəhşətli virus yayılır - KORONAVİRUSU UNUDUN!
 Koronavirus (COVID-19) pandemiyası Türkiyədə gənələrin artmasına təsir göstərib. 

Sfera.az xəbər verir ki, Sivas Cümhuriyyət Universitetinin dekanı, professor İlhan Çətin "Kırım Konqo Qanlı Hərarəti" (KKQH) xəstəliyinə yoluxanların sayının artdığını bildirib. Buna səbəb isə diqqətin koronavirusa yönəldilməsidir.  O bildirib ki, bu dövrdə əkinçilik və heyvandarlıq sahəsindəki fəaliyyətlərin azalması və lazımi dərəcədə dərmanlamanın olmaması KKQH-nı yayan gənələrin sayının artmasına səbəb olub.

Professor gənələrin artımının ötən illə müqayisədə 1 ay yarım tez başladığını vurğulayıb. Nəticədə xəstəlik ötən illə müqayisədə 6-7 dəfə çoxalıb:

"Gənə populyasiyası çox tez yetişir. 1 gənədən 300-500 gənə törəyir. Bununla mübarizə sürətlə aparılmasa, gənə sürətlə çoxalacaq və xəstələrin sayı artacaq. Bu növ xəstəliyə qarşı vaksin hazırlanması uzun müddət tələb edir. Çünki bunlar adətən heyvanlarda xəstəliyin yaranmasına səbəb olduğu halda, artıq insanlarda da xəstəliklərin yaranması ilə nəticələnir. Buna görə də peyvəndin hazırlanması uzun çəkir. Lakin "Kırım Konqo Qanlı Hərarəti" xəstəliyi COVİD-19 kimi sürətli yayılmır. Burada sadəcə gənələr əsas rol oynadığından, əsas mübarizə də gənələrlə aparılır".

Professor bildirib ki, xəstəliyin əsas risk qrupları əkinçilik və heyvandarlıqla məşğul olan insanlardır. Qorunmağın yeganə yolu isə gənələrin sayının azaldılmasıdır:

"Kənd təsərrüfatı sahəsində çalışan insanlar evə gəldikdən sonra gənə yoxlanışı etməlidirlər. Əgər, gənə yapışıbsa, bunu özləri çıxarmamalıdırlar. Xəstəxanaya və yaxud təcili tibbi yardım işçilərinə müraciət etməlidirlər. Qorunmaq məqsədilə kimyəvi dərmanlardan istifadə olunmaqla yanaşı, insanlar özləri də diqqətli olmalıdırlar. Təbiətdə və otlaqlarda gəzərkən corabları şalvarın üstünə çəkmək tövsiyyə olunur". (redaktor.az)

OXŞAR XƏBƏRLƏR

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...