Azərbaycanın qaytardığı 10 erməni hərbçidən 5-i saxlanıldı
23:24 / 09.12.2021
2666
Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycanın təhvil verdiyi 10 erməni hərbçidən 5-ni saxlayıb.
Sfera.az xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.
"Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, - deyə Tadevosyan bildirib.
Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.
(Qafqazinfo)