Azərbaycanın qadın güləşçiləri iki medal qazandı

Azərbaycanın qadın güləşçiləri iki medal qazandı
Azərbaycanı Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında təmsil edən qadın güləşçilərdən ikisi medal qazanıb. 

Sfera.az xəbər verir ki, Şahanə Nəzərova 50 kq çəki dərəcəsində gümüş medala sahib olub. 

53 kq çəkidə yer alan Tatyana Voronsova isə bürünc medal əldə edib. Hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 8 bürünc medal var.

OXŞAR XƏBƏRLƏR