Azərbaycanın neft gəlirləri niyə artmır? – SƏBƏBLƏR

Azərbaycanın neft gəlirləri niyə artmır? – SƏBƏBLƏR
2021-ci ilin yanvar-aprel ayları ərzində "Azəri-Çıraq-Günəşli” yataqları üzrə gəlirlər 1,437 milyard dollar, "Şahdəniz” üzrə gəlirlər 42,35 milyon dollar təşkil edib. Ümumilikdə, Fonda daxil olan vəsait 1,48 milyard dollar olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Neft Fondunun yataqlar üzrə gəliri 30 faizə yaxın azalıb. 2020-ci ilin yanvar-aprel ayları ərzində adıçəkilən yataqlardan gəlirlər 2,095 milyard dollar təşkil edib. Müqayisə göstərir ki, bu il Fonda daxil olan vəsait 615 milyon dollar azalıb. 

Bu il gəlirlərin azalmasının səbəbi nədir?

Sfera.az bildirir ki, 2021-ci ilin ilk 4 ayında Neft Fondunun gəlirlərinin azalması 2 səbəblə əlaqəlidir. Birinci səbəb neftin qiymətinin aşağı olmasıdır, ikinci səbəb isə ixrac həcminin azalmasıdır. 

Xatırladaq ki, dünya bazarında satılan neftin pulu 2 ay əvvəl razılaşdırılan qiymətlər əsasında ödənilir. Buna uyğun olaraq yanvar-apreldə əldə edilən gəlir, noyabr-fevral aylarında bağlanan müqavilələr əsasında təmin edilib. 

Müqayisə göstərir ki, 2020-ci ilin yanvar-apreli üçün satılan neftin qiyməti 55-56 dollar olub. 2021-ci ilin yanvar-aprel dövrlərində əldə edilən gəlir isə neftin qiymətinin 50 dollar səviyyəsinə uyğun ödənilib. 

Məlumatların təhlili nəticəsində aydın olur ki, ötən ilin yanvar-aprelində satılan neftin dəyəri bu ilin eyni dövrünə nisbətən təxminən 10 faiz yüksək olduğundan gəlirlər daha çox olub.

Bunu birinci rübə dair dəqiqləşdirilmiş məlumatlar da təsdiqləyir. 2020-ci ilin yanvar-martında neftin bir tonunun orta ixrac qiyməti 465 dollar, bu ilin birinci rübündə 378 dollar təşkil edib. 

Bu il gəlirlərin azalmasına hasilatın və buna uyğun olaraq ixracın azalması da təsir edib. 2020-ci ilin yanvar-mart dövründə 7,576 milyon ton neft ixrac edildiyi halda, bu ilin birinci rübündə 7,047 milyon ton neft satılıb. Cari ildə neftin ixrac miqdarı azalıb.  

Beləliklə, 2020-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin ilk aylarında neftin qiyməti və ixrac miqdarı az olduğundan Neft Fondunun gəlirləri azalıb. 

Növbəti aylardan Fondun neft-qaz layihələrindən gəlirinin artması ehtimalı böyükdür. Çünki pandemiyaya görə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər tədricən yumşaldılır, neft hasilatı artırılır. Sadalanan amillər həm neftin qiymətinin yüksək səviyyədə qalmasını təmin edir, həm də hasilat miqdarının artırılmasına şərait yaradacaq. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...