\"Azərbaycanın müstəqilliyini şübhə altına alan iranlı deputat sorğulanmalıdır\" - SƏRT AÇIQLAMA

\
"Azərbaycanın müstəqilliyini şübhə altına alan İran parlamentinin deputatı sorğulanmalıdır".
 
Sfera.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında deyib. Deputat eyni münasibətin deputat həmkarı tərəfindən göstərilərkən parlament tərəfindən ona lazımi münasibətin göstərildiyini xatırladıb:

"Azərbaycan hər zaman İrana qarşı dostluq münasibətində olub. Bu günlərdə İran parlamentinin bir deputatı Azərbaycan müstəqilliyini şübhə altına aldı. Mən İran parlamentinə müraciət edib deyirəm ki, niyə həmin deputata heç nə deyilmir? Biz İranla bağlı deputat Bəhruz Məhərrəmov sərt danışarkən, onu məzəmmət etdik. İran da eyni addımı atmalıdır. Azərbaycan müstəqilliyi ona görə qazanmayıb ki, sonradan kiminsə təsiri altına düşsün. Bu gün İrana qarşı qonşuları tərəfindən ən yaxşı münasibət Azərbaycan tərəfindən göstərilir. İran nə üçün bu cür mövqe nümayiş etdirir?".
 

Xatırladaq ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiyasının üzvü, millət vəkili Mojtaba Zolanuri Azərbaycan və Türkiyəni təhdid edib. İranlı millət vəkili guya iki ölkənin birgə fəaliyyətinin İran üçün təhdid yaratdığını iddia edərək "Heç kimə güzəştə getməyəcəyimizi bilsinlər.  İranın təhlükəsizliyini, milli maraqlarını təhdid edən hər kəsi cəzalandırmaq gücümüzün olduğunu sübut etdik”, - deyə vurğulayıb.  


Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...