Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI

Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI
Azərbaycanda şirkətlərə rəhbərlik edən (qanuni təmsilçilər) şəxslərin kim olduğu ictimaiyyət üçün açıq olsa da, şirkət sahiblərinin (təsisçi, səhmdar) kim olduğu əksər hallarda bilinmir.

Yalnız bank və sığorta şirkətlərinin sahibləri (səhmdarları) haqqında məlumatlar insanlar üçün əlçatandır.

Bu səbəbdən həmin şəxslərin banklar və sığorta şirkətlərində nə qədər səhmlərinin (pulunun) olduğunu bilmək mümkündür.

Qeyd edək ki, açıqlanan məlumatlara görə hazırda Azərbaycanda ən çox pulu olan qadın Zərifə Həmzəyeva hesab olunur. Zərifə Həmzəyeva "Premium Bank” ASC-nin əsas səhmdarıdır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, "Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var. Mətbuatın yazdığına görə, nizamnamə kapitalı 26,5 milyon manat olan "Gazelli Group” MMC-nin də təsisçisi Zərifə Həmzəyevadır.

Onu da bildirək ki, "Premium Bank” 1993-cü ildə "AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək "Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və "Premium Bank” adlandırılıb. Bankın əsas səhmdarı olan Zərifə Həmzəyeva "Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Yeri gəmişkən qeyd edək ki, Azərbaycanın milyoner qadınları arasında Zərifə Həmzəyevanın qızları – Cəmilə və Məlahət Əsgərovalar da yer alıb.

"İpək Yolu” sığorta şirkətinin iki əsas səhmdarı (hər biri 38,7% paya sahibdir) arasında yer alan Cəmilə və Məlahət Əsgərovanın hər birinin 5,7 milyon manat sərvətinin olduğu məlumdur.
Azərbaycanda milyonlara sahib olan daha bir qadın Nigar İsmayıl qızı Mehdiyeva hesab olunur. "Bank BTB” ASC-nin əsas səhimdarı olan Nigar Mehdiyevanın bankdakı payı 74,9% –ə bərabərdir. Bu isə o deməkdir ki, Nigar Mehdiyevanın bankda 49,8 milyon manat vəsaiti var. Nigar Mehdiyevanın ixtisasca həkim olduğu bildirilir.

Məlumat üçün bildirək ki, mətbuatda Nigar Mehdiyevanın uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Sadıqovun qızı, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin isə gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.

Daha bir milyoner qadın "Rabitəbank” ASC-də 30%-lik paya sahib olan Validə Abbasovadır. Açıqlanan rəsmi məlumatlara görə Validə Abasovanın bankda 30,4 milyon manat pulunun olduğu bildirilir.

Azərbaycanda yaşayan və  1 milyon manatdan çox pulu olan qadınların adı və sahibi olduğu şirkətlərin (bank və sığorta şirkəti) siyahısını təqdim edirik (Yeniavaz.com):


OXŞAR XƏBƏRLƏR

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...