Azərbaycanın könüllülər hərəkatının beynəlxalq könüllülər hərəkatına inteqrasiyası gücləndirilməlidir

Azərbaycanın könüllülər hərəkatının beynəlxalq könüllülər hərəkatına inteqrasiyası gücləndirilməlidir
 

Məlumdur ki, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında ölkədə "Könüllülər İli” elan edilib. Ötən müddət ərzində istər dövlət, istərsə də qeyri-dövlət müəssisələri, ictimai təşkilatlar tərəfindən kpnüllülıər qruplarının formalaşdırılması, yaradılması bu prosesə təkan verib, onun səmərəliliyini artırıb. Məhz bu kimi təşəbbüslər və yaradılan könüllülər qruplarının pandemiya dövründə nə qədər səmərəli fəaliyyət göstərdiyinin şahidinıə çevrildik. Artıq Azərbaycanda könüllülər hərəkatı beynəlxalq səviyyədə belə ad çıxarıb, ciddi maraq kəsb edib. Elə millət vəkili Məzahir Əfəndiyev də deyib ki, Azərbaycanın könüllülər hərəkatının Beynəlxalq Könüllülər Hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur: "Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi, tərəqqi dövrünü yaşayan milli könüllülər hərəkatını inkişafının zirvə nöqtəsinə çatdırdı. Bunu, son iki ayda – koronavirus pandemiyası dövründə könüllülərimizin peşəkar və çevik fəaliyyətini müşahidə etdikdə tam əminliklə söyləmək olar. Burada eyni zamanda, ölkənin aparıcı gənclər və könüllülər təşkilatlarının həmrəyliyi ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təsis edilməsini, habelə mərkəzləşdirilmiş səmərəli fəaliyyətin artmasını qeyd etmək olar. Nəhəng və özünəməxsus könüllülük adət-ənənələrinə malik Azərbaycanın könüllülük kökləri xalqımızın milli mənəvi dəyərlərinin yeni nəsillərə çatdırılmasına və milli birliyimizin möhkəmlənməsinə əsaslanır”.

Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-2001-ci illərdə Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının könüllülük prinsiplərinə əsaslanan layihə həyata keçirilib: "Azərbaycanda BMT könüllülük ənənələrinin əsasını qoymuş bu yanaşma gənclərimizin ölkəmizdə könüllülük fəaliyyətinin əsasını yaradıb. Könüllülüyün inkişafında təkanverici faktor 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyət haqqında” qanun olub. Bu Qanunun yaratdığı hüquqi çərçivə sayəsində "ASAN Könüllüləri” kimi institutlaşdırılmış könüllülük modeli yaradıldı. Həmçinin, ölkəmizin ev sahibliyi etdiyi "Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1″ və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllünün cəlb edilməsi və Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanın zəngin və təcrübəli könüllü bazasının formalaşmasına xidmət etdi”.

Məzahir Əfəndiyev qeyd edib ki, son illər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış "Regional İnkişaf” İctimai Birliyinin uğurlu fəaliyyəti nəticəsində könüllülər hərəkatının coğrafi əhatəsi genişləndi və region gənclərinin də könüllülük imkanları artırıldı: "Xüsusilə koronavirus pandemiyası zamanı Heydər Əliyev Fondu və "Regional İnkişaf” İctimai Birliyinin ahıl yaşında, ehtiyacı olan insanlara könüllü xidmət göstərmələri könüllülük fəaliyyətinin mexanizmlərini genişləndirdi. Bütün bunları nəzərə alaraq, bu gün Azərbaycanın könüllülər hərəkatının beynəlxalq könüllülər hərəkatına inteqrasiyası gücləndirilməlidir. Bu, təcrübəli könüllülərimiz üçün yeni beynəlxalq imkanlar açmaqdan əlavə, bizim bu sahədə təşkilati təcrübəmizin digər ölkələrə ötürülməsinə də şərait yaradacaqdır. Yuxarıda qeyd etdiyim "Könüllü fəaliyyət haqqında” Qanunda bunun üçün hüquqi əsaslar yaradılıb. Belə ki, bu Qanunun 10-cu maddəsi Azərbaycan Respublikasının vətəndaşlarına xarici dövlətlərin ərazisində könüllü fəaliyyət göstərməyə icazə verir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT Könüllüləri Proqramı arasında gənclər üçün yeni könüllülük imkanlarının yaradılması barədə niyyət məktubu imzalanmasını zəruri etmişdir. BMT Könüllüləri Proqramı könüllülük imkanlarının qlobal səviyyədə əlaqələndirən ən əsas beynəlxalq qurumdur. Bunları nəzərə alaraq, habelə "Könüllülər ili”nin yekunu münasibətilə ölkəmizdə fəaliyyət göstərən bütün könüllü qruplarının iştirakı, BMT Könüllülər Proqramının egidası altında və dövlətimizin dəstəyi ilə "Könüllülər ili forumu”nun keçirilməsi, dünyada qeyd olunan 5 Dekabr – Beynəlxalq Könüllülər Günündə könüllülərimizin fəaliyyətinə beynəlxalq qiymətin verilməsinə nümunə ola bilər”.


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...