Azərbaycanın ilk milli tankeri ilin sonunadək istifadəyə veriləcək

Azərbaycanın ilk milli tankeri ilin sonunadək istifadəyə veriləcək
 

Azərbaycanda inşa edilən "Laçın” adlanan ilk neftdaşıyan tanker sınaqlar üçün dənizə göndəriləcək.

"APA-Economics”ə etibarlı mənbə tərəfindən verilən məlumata görə, tankerin tikintisi demək olar bitib, hazırda gəmidə tamamlama işləri aparılır: "Əslində, tikinti işləri bitib və hazırda xırda tamamlanma işləri aparılır. Tezliklə gəmi sınaq üçün dənizə çıxacaq”.

Mənbənin sözlərinə görə, bu ilin sonunadək tanker tam istifadəyə veriləcək.

Qeyd edək ki, fevral ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə "Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.

Bu tip yeni nəsil tankerlərin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 ton olan tankerlər iki ədəd hər biri 1,200 kVt gücə malik "Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9 212 kubmetr olan 6 yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

Gəmiçilik tərəfindən son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Gəmiçiliyin donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bura tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yanğınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmilər daxildir.


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...