Azərbaycanın idxal etdiyi mallar 22 % bahalaşıb - Səbəblər

Azərbaycanın idxal etdiyi mallar 22 % bahalaşıb - Səbəblər
2021-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində artım qeydə alınıb. Artım əlamətləri həm ixracda, həm də idxalda müşahidə edilir.
 
Sfera.az bildirir ki, xarici ticarət əməliyyatlarının həcminin artmasına təsir göstərən əsas amil qiymət artımlarının böyük olmasıdır. Belə ki, 2021-ci ilin yanvar-may ayları ərzində ixrac malları 44,1 faiz, idxal malları 21,7 faiz bahalaşıb.
 
Bu ilin ilk 5 ayında Azərbaycanın ixrac etdiyi mallarda bahalaşma rekord səviyyə yüksəlib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac edilən malların dəyəri 44,1 artıb ki, bu da illin əvvəlində qeydə alınan göstərici ilə müqayisədə xeyli böyükdür. 2021-ci ilin əvvəlində ixrac mallarının qiymətləri 3,4 faiz enmişdi. İlin birinci rübündə qiymətlərdə 21,9 faiz, yanvar-apreldə 36,4 faiz artım baş verib.  

Azərbaycanın ixrac etdiyi malların bahalaşması xam neftin dəyərinin yüksəlməsi ilə bağlıdır. Ölkəmizin ixracında xam neftin payı 87 faizi ötür. Xam neftin dəyəri ilk 5 ayda 44,6 faiz yüksəlib. Neftin bahalaşma səviyyəsi ixrac məhsullarının dəyərinin artmasında böyük rol oynayıb.
 
İxracımızda digər böyük paya malik olan tərəvəz məhsulları 6,4 faiz ucuzlaşıb, meyvələr 2,6 faiz bahalaşıb.
 
Plastmaslar və onlardan hazırlanan məmulatlar da ixracda böyük paya malikdir. Bu məhsullar 35,5 faiz dəyər qazanıb.
 
İxracımızda əsas məhsullardan olam pambıq 20 faiz, azqiymətli metallar 24,7 faiz bahalaşıb.
 
Statistika göstərir ki, neftlə yanaşı qeyri-neft mallarının əksəriyyətinin qiymətinin yüksəlməsi ixrac mallarının kəskin bahalaşmasına səbəb olub.
 
İdxal mallarında da bahalaşma yüksəkdir. Amma son aylarda idxal edilən malların bahalaşma sürətinin 27 faizdən 21 faizə qədər azalması dinamikası qeydə alınıb.
 
Azərbaycanın daxili ticarət bazarında idxal mallarının payı təxminən 40 faizdir və bu səbəbdən idxal mallarında bahalaşma səviyyəsini alıcılar tezliklə hiss edir.
 
Rəsmi məlumatlara əsasən idxal edilən malların 15 faizindən çoxu qida məhsullarıdır və bu məhsul seqmentində bütün növ mallar bahalaşıb.
Ərzaq mallarından ən böyük bahalaşma yağlarda olub. Yağlarda 51,6 faiz dəyər artımı baş verib.
 
Digər idxal mallarında böyük qiymət artımı mebellərdə 70,1 faiz, musiqi alətlərində 42 faiz, qiymətli metal və daşlardan hazırlanan ziyntə əşyalarında 36,6 faiz, toxuculuq məhsullarında 35,5 faiz təşkil edib.

Məlumatların təhlili göstərir ki, həm ixracda, həm də idxalda bahalaşmaya təkan verən əsas amil tələbin artım sürətinin təklifin artım sürətini qabaqlamasıdır.
 
2020-ci ildə pandemiya ilə əlaqədar qapanmaların olması tələbi zəiflətmişdi. Bununla əlaqədar olaraq istehsalın miqdarında da azalma baş verdi. 2021-ci ildən isə əks proses baş verir. Belə ki, karantin qaydalarının yumşaldılması tələbdə kəskin artıma yol açıb. Bu vəziyyətdə istehsalda da artım olsa da təklifdəki böyümə həcmi tələbdəki böyüməni qarşılaya bilmir. Tələb təklif nisbətinin pozulması beynəlxalq birjalarda, ölkədaxili bazarlarda qiymət artımlarını şərtləndirib.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...