“Azərbaycanın ən yaraşıqlı bəyi” Rüstəm Cəbrayılov ilk dəfə toy tarixini açıqladı

“Azərbaycanın ən yaraşıqlı bəyi” Rüstəm Cəbrayılov ilk dəfə toy tarixini açıqladı

"Toyumuz iki aydan sonra olacaq. Öncədən də deyim ki, toyum mediaya qapalı şəkildə keçiriləcək”.

 Sfera.az xəbər verir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində 2006-ci ildə "Best model of Azerbaijan” və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Best model of the World” gözəllik və model yarışlarının qalibi Rüstəm Cəbrayılov deyib. Məşhur model nışanlısı haqqında danışmaq istəməsə də, açıqlamanı ondan kəlbətinlə də olsa, aldıq.

"Sevib-seçdiyim xanımla uzun illərdir ki, bir-birimizi tanıyırıq. "Dostluqdan sevgiyə” mövzusu da deyil. Sadəcə, hər şeyi açıb, ağartmaq istəmirəm” - deyə, Rüstəm bildirdi.

R.Cəbrayılov nişan xəbəri ilə saytların manşetinə çevrilməkdən narahatlıq keçirdiyini açıq-aydın bürüzə verdi:

"Heç istəmirdim ki, nişanlanmaq xəbərim bomba kimi partlasın və hamının dilində saqqız olsun. Amma oldu. Evlənmək lazımdır. Mən yaxşı vaxtda nişanlanmışam (gülür). Qarşıda 14 fevral, nişanlımın ad günü, 8 mart və s. gəlir”.

"Sevgililər günündə nişanlınıza nə hədiyyə edəcəksiniz?” sualına Rüstəmin cavabı həm özünün, həm də ətrafdakıların üzünü güldürdü:

"İstəyirəm bank yarım (gülür). Sürpriz olsun, açıqlamayım, amma təbii ki, mütləq şəkildə nişanlımı təbrik edəcəyəm. Əlavə xərclərim çoxdur”.

Redaksiyamızın əməkdaşı ilə söhbətində R.Cəbrayılov çox qısqanc cütlük olduqlarını dilə gətirdi:

"Nişanlım çox qısqancdır. Mən isə ondan daha çox qısqancam. Qısqanclıq həddini aşmayanda, yerində gözəldir. Mən öz aləmimdə o limiti, həddi saxlayıram. Qısqanclıqda da balansı qoruyub saxlayırıq”.

"Sizi "Azərbaycanın ən yaraşıqlı bəyi” adlandırırlar. Bu fikirlə razısınız?” sualına isə R.Cəbrayılovun reaksiyası belə oldu:

"Özümə heç vaxtı bu sözləri deməmişəm. Kənardan amma daha çox eşidirəm. 15 ildir modellik sahəsində çalışıram. Bu müddət ərzində haqqımda danışılıb, müzakirə edilən "Azərbaycanın ən yaraşıqlı bəyi” mövzusu var.

İnanın, özümə də qəribə gəlir ki, 15 il ərzində məndən yaraşıqlısı üzə çıxmadı? (gülür) Həyatı boyu özümü "Azərbaycanın ən yaraşıqlı bəyi” adlandırmamışam. İnsanlar var ki, sosial şəbəkələrdə şəklimin altında "Yaraşıqlı qardaşım, oğlum, ərimdir” və s. yazırlar. Model biznesində xeyli nailiyyətlər əldə etmişəm, amma heç vaxt boğazdan yuxarı çıxışlarım olmayıb. Əgər kimsə "Azərbaycanın ən yaraşıqlı bəyi” olduğumu deyirsə, o onların şəxsi işləridir. Mən ağzımdan belə kəlmə indiyə kimi çıxarmamışam.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...