Azərbaycanın ən savadsız rayonu məlum oldu

Azərbaycanın ən savadsız rayonu məlum oldu
Məktəblərdə buraxılış imtahanında ana dili və riyaziyyatdan ən çox “2” alan - sabirabadlı şagirdlərdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bölgələr üzrə imtahan nəticələrini açıqlayıb.

Sabirabadlı şagirdlərin 47 faizi ana dili, 50 faizi isə riyasiyyatdan “2” alıb. Daşkəsən rayonunda bu nəticə müvafiq olaraq 44 və 49 , Ağcabədidə 39 və 46 faizdir. Bu siyahını Gədəbəy və Hacıqabul rayonları davam etdirir. Gədəbəydə 2 alanlar müvafiq olaraq 41 və 37, Hacıqabulda isə 36 və 44 faizdir.

Ən yaxşı nəticənisə Naftalan və Naxçıvan şəhərləri göstərib. Naftalan şəhərində 11-ci sinif şagirdlərinin 39 faizi ana dilindən, 47 faizi riyaziyyatdan “5” alıb. Bu nəticə Naxçıvan şəhərində 39 və 35 faizdir. Şahbuz rayonunda bu nəticə 38 və 33, Mingəçevirdə isə 31 və 23 faizdir. Qubadlı rayonu da ən çox “5” alanlar siyahısındadır. Bu rayonda 11-ci sinif şagirdlərinin 28 faizi ana dili, 21 faizi isə riyaziyyatdan “5” alıb.

Rayonlar üzrə builki nəticələr ötən illərdəkindən elə də fərlənmir. Aşağı nəticə göstərən bölgələr əsasən aran rayonlarıdır.

DOLANIŞIĞIN TƏHSİLƏ TƏSİRİ

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bu rayonlarda təhsilə marağın aşağı olmasını sovet dövrünün ənənəsi hesab edir:
Azərbaycanın

Nabatəli Qulamov: "Belə aran rayonlarında təhsilin səviyyəsi həmişə aşağı olur"


“Sabirabada gəlincə... belə aran rayonlarında təhsilin səviyyəsi adətən aşağı olur. Tək-tük rayonlarda bir az fərqlənə bilər. Məsələn, Biləsuvar rayonunda bir ara müəyyən səviyyədə riyaziyyatdan uşaqlar yaxşı nəticə göstərirdilər. Bu cür aran rayonlarının sayı çox azdır. Bu da sovet dövründən qalma tendensiyadır. O vaxtlar bu rayonlarda insanların dolanışıq problemi yox idi. İnsanlar yaşamaq üçün çətinlik çəkmirdilər deyə, təhsilə önəm vermirdilər.


Ancaq, dağ rayonlarında hər kəs bilirdi ki, həyatda nicat yolu oxumaqdadır. Uşaqlar yüz cür əziyyətlə oxuyurdu ki, gələcəkdə özlərinə gün ağlaya bilsinlər. Bu yaxşı tendensiya dağlıq rayonlarda da artıq itmək üzrədir. Ancaq, aran rayonlarındakı mənfi tendensiya təəssüf ki, hələ də davam edir”.

“ƏGƏR, “HƏSƏNAĞA”NIN QOHUMUSANSA...”

Nabatəli Qulamoğlu dağlıq rayonlardakı yaxşı ənənənin get-gedə azalmasını cəmiyyətdə baş verən dəyişikliklə izah edir:

“Mənim yadımdadır Lerik rayonunun bir ucqar kəndində orta məktəbi bitirmiş 23 şagirddən 22-si ən yüksək fakultələrə qəbul olunmuşdu. Cəmiyyətin əxlaq infrastrukturu dəyişdiyindən, indi bu ənənə itibdir. İndi savadla özünə yer tapmaq çox çətindir. Əgər, “Həsənağa”nın qohumusansa, savadın oldu- olmadı iş tapacaqsan. Belə deyilsə, çox çətindir. Sən yalnız yüksək savadla bu cür adamların köməkçisi işləyə bilərsən. Ucqar rayonlardakı yaxşı ənənə bu səbəblərdən əhəmiyyətini itiribdir”.

Ekspert hesab edir ki, bununla yanaşı aşağı nəticələrə səbəb həm də təhsil sistemindəki çatışmazlıq və qüsurlardır.

OXŞAR XƏBƏRLƏR

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...