Azərbaycanın ehtiyatda nə qədər vaksini var?
17:15 / 05.04.2021
1373
Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.
Sfera.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
Səhiyyə nazirinin müavini deyib ki, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur:
"Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.