Azərbaycanın daxili dövlət borcunun məbləği artıb

Azərbaycanın daxili dövlət borcunun məbləği artıb
Azərbaycanın daxili dövlət borcunun məbləği artıb və borc məbləği əsasən dövlət istiqraz vərəqələri üzrə borcdan formalaşıb.

Sfera.az-ın məlumatına görə, bu barədə ""2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.

2019-cu il il yanvarın 1-i tarixinə daxili dövlət borcu 1320,2 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 28,3 faiz çoxdur. 2018-ci il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 781,4 milyon manat təşkil edib, yerləşdirilmiş istiqrazlar üzrə 753,6 milyon manat daxil olub. 2019-ci il yanvarın 1-i tarixinə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1045,3 milyon manat ( o cümlədən 101,4 milyon manat faiz borcu) təşkil edib.

 ""2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

OXŞAR XƏBƏRLƏR