Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu
Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb.

Sfera.az-ın məlumatına görə, 70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada ukraynalı Andrey Jeliyevə uduzaraq, ikinci yeri tutub.

80 kq-da yarışan və mübarizəyə təsnifat mərhələsindən başlayan Fərid Cabbarov isə bütün rəqiblərinə qalib gələrək çempion olub.

70 kq
1-ci görüş: Rübail İbrahimli - Ferents Şiki (Rumıniya) - 2:1
2-ci görüş: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) - 1:3
3-cü görüş: Rübail İbrahimli - Alin Kioriki (Moldova) - 3:1
1/2 final: Rübail İbrahimli - Serciu Lupesku (Moldova) - 3:1
Final: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) - 0:3

80 kq
Təsnifat: Fərid Cabbarov - Konstantin Manea (Rumıniya) - 3:0
1-ci görüş: Fərid Cabbarov - Razvan Pavalaç (Rumıniya) - 3:0
2-ci görüş: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) - 3:0
3-cü görüş: Fərid Cabbarov - Anton Deyneka (Ukrayna) - 3:0
1/2 final: Fərid Cabbarov - Virgil Qosa (Rumıniya) - 3:0
Final: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) - 3:0

Qeyd edək ki, ötən gün dünya çempionatında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanıb. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

 


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...