Azərbaycanın bunlara ehtiyacı yoxdur - Öztürk

Azərbaycanın bunlara ehtiyacı yoxdur - Öztürk
Ermənistanı mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrinə görə qınayıram. Bu, bəşəriyyət əleyhinə cinayətdir.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk deyib.

Bildirib ki, bu, beynəlxalq konvensiyalara görə qadağan olunmuş fəaliyyətdir. Bununla bağlı mütləq sanksiyalar tətbiq edilməlidir. Azərbaycan dövləti də lazımi dəlilləri və sübutları topladıqdan sonra beynəlxalq təşkilatlara müraciət edəcək.

"Biz Türkiyə olaraq qardaş Azərbaycanın haqlı mübarizəsində həm beynəlxalq müstəvidə, həm də diplomatik sahədə daim yanındayıq və yanında olmaqda davam edəcəyik. Həmçinin hər cür dəstək verməyə hazırıq. Hazırkı Azərbaycan 30 il əvvəlki dövlət deyil, güclü ordusu, iqtisadiyyatı var, hər sahədə inkişaf edib. Xaricdən döyüşmək üçün muzdu əsgərlərin gətirilməsi ilə bağlı dezinformasiyalar var. Azərbaycanın bunlara ehtiyacı yoxdur, onun imkanları genişdir”, - deyə baş konsul vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublik...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...