“Azərbaycanın bu addımı Moskvanın xoşuna gəlmədi” – Elxan Şahinoğlu

“Azərbaycanın bu addımı Moskvanın xoşuna gəlmədi” – Elxan Şahinoğlu
"Azərbaycan Prezidentinin Ukrayna səfəri və Kremlin hədəf götürdüyü Zelenski ilə müzakirələr aparması Moskvanın xoşuna gəlmədi. Ukrayna kimi Azərbaycan da xarici siyasətini necə formalaşdırması seçimində sərbəstdir. İlham Əliyevin Kiyevə səfəri göstərdi ki, Azərbaycan müstəqil xarici siyasətində "Moskva necə düşünəcək?” prinsipindən çıxış etmir”.
 
Bu sözləri Sfera.az açıqlama verən politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri və Kiyevdəki görüşün pərdəarxası məqamlarını şərh edərkən deyib.
 
Politoloq hesab edir ki, Qərbdə bu gün ən çox müzakirə olunan mövzu Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsidir:

"Belə bir məqamda İlham Əliyevin Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə geniş müzakirə aparması və müxtəlif sənədlər imzalaması rəsmi Bakının Ukraynaya və bu ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyi ifadə edir. Eynilə Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bunu İkinci Qarabağ müharibəsi də göstərdi. Ukrayna Qarabağın yenidən qurulması prosesində iştiraka hazırdır. Bu Azərbaycan üçün əhəmiyyətlidir”.

Politoloq qeyd edib ki, Ukrayna ilə strateji tərəfdaşlıq Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verir:
 
"Azərbaycanın Ukrayna ilə iqtisadi münasibətləri genişləndirməsinə ehtiyacı var. Ukraynanın münbit torpaqları var və bu torpaqlarda məhsuldarlıq yüksəkdir. Azərbaycan Ukrayna kimi yüksək məhsuldarlığa malik kənd təssərrüfatına malik olmaq istəyir. Azərbaycan özünü taxılla tam təmin edə bilmir. Bu sahədə Azərbaycan Ukrayna ilə əməkdaşlığını genişləndirəcək. Azərbaycan həm Ukraynadan taxıl ala, həm də Ukraynada münbit torpaqlarının bir hissəsini icarəyə götürüb taxıl əkə bilər. Kənd təssərrüfatının digər sahələrində də Ukrayna-Azərbaycan əlaqələrinin intensivləşməsinə ehtiyac var”.

E. Şahinoğlu Ukrayna prezidentinin azərbaycanlı həmkarı ilə görüşdə irəli sürdüyü təkliflərdən danışıb:

"Bu sırada GUAM-a üzv ölkələr arasında yeni iqtisadi layihələrin reallaşmasını və Ukrayna-Türkiyə-Azərbaycan üçlü ittifaqının yaradılmasını göstərmək olar. Azərbaycan bu vaxta qədər müxtəlif üçtərəfli formatlar təsis edib. Bunlara misal olaraq Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Gürcüstan formatlarını göstərmək olar. Azərbaycan-Türkiyə-Ukrayna formatı da digərləri kimi işlək mexanizmə çevrilə bilər. Ukraynanın həm Türkiyə, həm də Azərbaycanla strateji əməkdaşlıq formalaşıb. Demək, üç ölkənin lideri bir araya gəlib müxtəlif layihələri müzakirə edə bilərlər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...